Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahir Emreli: "Karyeramın zirvəsi hələ qabaqdadır"

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli "Piłka Nożna" nəşrinin suallarını cavablandırıb. PİA.az "Report"-a istinadən həmin müsahibəni təqdim edir...

- Polşa xoşunuza gəlir?

- Klub, təlim-məşq bazamız ən yüksək səviyyədədir, Avropa Liqasının qrup mərhələsində oynayırıq. Heç nədən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram. Bu, normaldır. İlk dəfədir ölkəmi bu qədər uzun müddətə tərk etmişəm. Amma Varşavada adaptasiya prosesi başa çatıb, özümü evdəki kimi hiss edirəm.

- Oyunlarda və küçələrdə arxasında sizin adınızın yazıldığı formaları geyinən azarkeşlər görürük...

- Doğrudan? Buna fikir verməmişəm (gülür). Təbii ki, zarafatdır. Həmin insanları mən də görümüşəm. Amma heç birini tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım burada cəmi bir dəfə olub. İndi isə Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq. Anam da mənim oyunuma gələcək.


- "Legiya"ya keçidinizdən sonra Varşavada yaşayan azərbaycanlılar sizinlə əlaqə saxlayıblar?

- Onlardan bir neçə təbrik və dəstək mesajı almışam. Həmin insanlarla münasibətləri yaxşılaşdırmağa çalışıram. Onlarla bir neçə dəfə ölkəmin ənənəvi yeməklərini dadıb həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranında olmuşam.

- Hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı hesab edirsiniz?

- Düşünmürəm ki, bu sorğuda ciddi rəqabət olacaq. Çünki Polşa çempionatında Azərbaycandan yalnız iki oyunçu çıxış edir: mən və milli komandadan, həmçinin Premyer Liqadan tanıdığım Anton Krivotsyuk. O, hazırda Plotsk "Visla"sında çıxış edir. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bu idmanı sevirəm. Hər zaman futbolçu olmaq istəyirdim. Populyarlığımın getdikcə artdığını, daha çox insanın mənə qiymət verdiyini başa düşürəm. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Matçlarda oynamaq imkanı, hər gün məşq etmək və bununla yaşamaq həqiqətən əladır. Dünyanın ən yaxşı işinə sahibəm. Bir neçə il əvvəl - Azərbaycan millisinə çağırılanadək özüm də bunu qiymətləndirmirdim. 19 yaşım var idi, Robert Prosineçki məni 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunları öncəsi müsahibəyə dəvət etmişdi. Bir az gərgin olduğumu gördü və mənə kömək etmək istədi. Stresimin səbəbini soruşdu. Ona həqiqəti söylədim. Təlim-məşq toplanışında ilk dəfə olduğum üçün əsəbi olduğumu dedim. Onda baş məşqçi bu ifadəni işlətdi: dünyada futbol oynamaqdan daha yaxşı iş yoxdur. Bu sözlər beynimə həkk olundu. Ondan sonra heç vaxt meydana çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim futbola yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli getməyə davam edirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur.

- Komandaya çox yaxşı qoşuldunuz, Çempionlar LiqasıAvropa Liqasının təsnifat oyunlarında vacib qollar vurdunuz. Özünüzü "Legiya"nın ulduzu sayırsınız?

- Bu faktları bir yerə yığsaq, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu, sizin fikrinizdir. Mənim beynimdə isə tam başqa şey var. Mənə görə, ən vacibi komandadır. Təbii ki, azarkeşlərin səni dəstəkləməsi, qiymətləndirməsi çox gözəl hissdir. Amma bilirəm ki, daha yaxşı ola və inkişaf edə bilərəm. Özüm haqqında ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qabaqdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşüncə ölümcül olardı. Qazandığım uğurlara arxalana bilərdim, amma bu da ehtiyacım olan son şeydir. Hər gün inkişaf etmək, ən yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman irəliyə hərəkət etməli olduğumu bilirəm.


- Deməli, Polşa çempionatı karyeranızda yalnız bir dayanacaqdır...

- Bəli, bunu gizlətmirəm.

- Nə vaxtadək?

- Nə qədər vaxt lazım olduğunu bilmirəm. Arxasınca getmək istədiyim xəyallarım var. Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm. Bunun üzərinə səylə çalışıram.

- Polşa çempionatı inkişaf üçün Azərbaycan Premyer Liqasından daha yaxşıdır?

- Hər iki çempionatı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycan Premyer Liqasında 8, burada isə 18 komanda oynayır. Ekstraklasada hər kəs bir birinə qalib gələ bilər. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və onlara daha da zövq verir. Azərbaycanda isə digər komandalar üzərində dominantlıq edən və avrokubokların qrup mərhələlərində müntəzəm oynayan "Qarabağ" kimi çox güclü klub var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar