Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro avqust ayında müxalifətlə dialoq aparmaq niyyətindədir

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki,  gələn ay Meksikada  müxalifətlə dialoq aparmaq niyyətindədir. Maduro bəyan edib ki, danışıqlar Norveçin vasitəçiliyi ilə baş tutacaq və  Birləşmiş Ştatların bu prosesi dəstəkləyəcəyinə ümid bəsləyir. Müxalifət may ayında strategiyasını dəyişib və  Venesuelada siyasi böhranı həll etmək üçün danışıqlara geri dönmək niyyətində olduğunu bildirib.

Maduro 2013-cü ildə vəzifəyə gələndən bəri bir zamanlar inkişaf edən Venesuelada iqtisadiyyat çökməyə başlayıb. Maduro ölkə daxilində rəqibləri, habelə Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən korrupsiyada, insan haqları pozuntularında və 2018-ci ildə keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham olunur.  İyun ayında Vaşinqton, Brüssel və Ottavada yüksək vəzifəli diplomatlar müxalifətlə dialoqun azad və ədalətli seçkilərə doğru əhəmiyyətli irəliləyişə gətirib çıxaracağı təqdirdə Maduro hökumətinə qarşı sanksiyaları yenidən nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

“Mən sizə deyə bilərəm ki, biz Meksikaya getməyə hazırıq” – deyə, Maduro  dövlət tərəfindən maliyyələşdirilən "Telesur" televiziya şəbəkəsinə müsahibəsində bildirib. Xuan Quaydonun  başçılıq etdiyi Venesuela müxalifəti  sə Maduronun Birləşmiş Ştatlar və digər ölkələrdən gələn diplomatik və sanksiya təzyiqləri fonunda bundan əvvəlki danışıqlardan vaxt qazanmaq üçün istifadə etdiyini bildirir. Müxalif qruplar bildirib ki, onlar Maduro hökuməri ilə prezident və parlament seçkilərinin şərtlərini müzakirə etməyə  hazırdırlar. Maduro isə  danışıqlarda diqqətin ABŞ-ın maliyyə və neft sektorlarını hədəf alan sanksiyalarının aradan qaldırılmasına yönəlməsini istədiyini deyir. ("Amerikanın səsi")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar