Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Madriddə Ərdoğan-Bayden görüşü... - Vaşinqton və Ankara fikir ayrılıqlarını çözə biləcəklər?

Dünyada baş verən kəskin geosiyasi mübarizə fonunda Türkiyə-ABŞ münasibətlərinin gələcəyi necə görünür...

Politoloq: “Madrid görüşü ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün fikir ayrılıqlarını çözmək üçün başlanğıc nöqtə ola bilər”.

“Hər bir halda ABŞ-Türkiyə arasında olan münasibətlər normallaşandan sonra, digər məsələlərə də baxıla və fikir ayrılıqları aradan qaldırıla bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli Madrid sammitində keçirilən Ərdoğan və Bayden görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Srağagün Madriddə baş tutan NATO sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib. Artıq uzun illərdir ki, Türkiyə ilə ABŞ arasında regional siyasətlə bağlı ciddi fikir ayrılıqları mövcuddur və bu fikir ayrılıqları iki ölkənin strateji müttəfiqliyini ciddi şəkildə sarsıtmaqdadır.

Prezidentlərin son görüşünü necə dəyərləndirmək olar? Bu görüş PKK-YPG, Suriya, Rusiya, Yunanıstan və digər problemli məsələlərdə iki ölkənin fikir ayrılıqlarını çözmək üçün başlanğıc nöqtə ola bilərmi? Ümumiyyətlə dünyada baş verən kəskin geosiyasi mübarizə fonunda Türkiyə-ABŞ münasibətlərinin gələcəyi necə görünür?

Türkiyə-ABŞ münasibətlərinin gələcəyini PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “ABŞ və Türkiyə arasındakı münasibətlər hər iki tərəf üçün maraqlı olan normalar üzərində qurulacaq”.

ABŞ Türkiyənin onun yanında olmasına və onun siyasi iradəsinə tabe olmasına bir növ vərdiş etdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, Ərdoğan ABŞ-la münasibətlərdə bu tendensiyanın bir xeyli qırılmasına nail olub:

“Güman edirəm ki, Madrid görüşü ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün fikir ayrılıqlarını çözmək üçün başlanğıc nöqtə ola bilər. Çünki iki ölkə ən azından mövcud problemlərdən birini həll edə bildilər. Yəni ABŞ-ın Türkiyəyə silah satması yolundakı əngəllər ortadan qaldırıldı. Beləliklə də, iki ölkə arasında olan silah satışı məsələsi yoluna düşdü.

Yunanıstanla olan münasibətlər bir az çətin məsələdir. Çünki burada sərhəd məsələsi, Egey dənizdəki adalarda iqtisadi zonların yerinin müəyyən edilməsi məsələsi, adaların xərcləndirilməsinə dair mövcud konvensiyanın əksinə hərəkət etmək istəyən Yunanıstanın axmaq qərarları var. Eyni zamanda Türkiyə və Yunanıstan arasındakı dəniz sularında faydalı ehtiyyatların, həmçinin qazın axtarılıb tapılması və ondan istifadə edilməsi məsələsi var. Bu məsələlər ciddi fikir ayrılıqları ilə müşahidə olunur.

Qabil Hüseynli: “Hesab edirəm ki, yaxın illərdə NATO ölkəsi olan ABŞ və Türkiyənin münasibətləri demək olar daimi müttəfiq münasibətləri səviyyəsində qorunub saxlanılacaq”.

Hər bir halda ABŞ-Türkiyə arasında olan münasibətlər normallaşandan sonra, digər məsələlərə də baxıla və fikir ayrılıqları aradan qaldırıla bilər. Düşünürəm ki, ABŞ və Türkiyə arasındakı münasibətlər hər iki tərəf üçün maraqlı olan normalar üzərində qurulacaq. Aydın məsələdir ki, Türkiyə ABŞ-dan tam müstəqil və suveren olmaq siyasəti yürütmək istəyir. Ümumiyyətlə Ərdoğan Türkiyəsi hər addımda müstəqil siyasət yürütməyə meyilliyini irəli sürür və bu siyasət təkcə ABŞ-a aid deyil.

ABŞ-da öz növbəsində Türkiyənin onun yanında olmasına və onun siyasi iradəsinə tabe olmasına bir növ vərdiş etmişdi. Ərdoğan isə ABŞ-la münasibətlərdə bu tendensiyanın bir xeyli qırılmasına nail olub. ABŞ da yəqin ki, bu cür yeni münasibətlər zəncirinin qurulması ilə barışmaq məcburiyyətində qalacaq. Hesab edirəm ki, yaxın illərdə NATO ölkəsi olan ABŞ və Türkiyənin münasibətləri demək olar daimi müttəfiq münasibətləri səviyyəsində qorunub saxlanılacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar