Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkolu referendum

Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 27-nə referendum təyin edib. Ümumxalq səsverməsində yenilənmiş konstitusiya layihəsinə münasibət öyrəniləcək.

Novator.az bildirir ki, ana qanunda əsas dəyişiklik təşəbbüsü eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyətin bərpasıdır.

Layihədə prezident seçilmək yaşının 35-dən 40-a qaldırılması təklifi də yer alır.

Digər təklifə əsasən, prezident seçilmək istəyən şəxs son 20 ildə ölkədə daimi yaşamalıdır.

Başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə yaşamaq hüququ əldə etmiş şəxsin prezidentliyə namizədliyi yasaqlanır.

Konstitusiyada başqa dəyişiklikləri də nəzərdə tutan layihə dəstək qazanarsa, rəsmən dərc olunandan 10 gün sonra qüvvəyə minir.

Belarus 1991-ci ildən müstəqil dövlətdir. 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə 5 il müddətinə prezident seçilib. 1996-cı ildə onun səlahiyyət müddəti 2001-ci ilədək uzadılıb. 2001-ci ildə Aleksandr Lukaşenko ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb. 27 fevral 2022-ci il referendumuna çıxarılmış konstitusiya yenilikləri ona daha iki dəfə prezident seçilmək imkanı verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar