Böyük Britaniyanın paytaxtı Londonda atışma baş verib
"RİA Novosti"nin verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları bir nəfəri ölü, digərini isə yaralı aşkar ediblər.
Yaralı şəxs hazırda xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.
Skotland-Yard baş vermiş hadisəni qətl kimi qiymətləndirib. Hazırda araşdırma aparılır.
pia.az