Çərşənbə, 19 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

London məhkəməsi Eldar Mahmudovun uşaqlarına qarşı

İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun uşaqlarının diffamasiya barədə iddiasını rədd edib.

Virtualaz.org xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti “El Periodico” daxil olmaqla beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun uşaqları 2020-ci ilin mayında “Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yoluyla qazandığı vəsaitlər hesabına əldə olunub.

“El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yuridikasiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da “Prensa Iberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.

Nəticədə Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.

Eldar Mahmudovun ailəsinin İspaniyadakı möhtəşəm tarixi qəsri və ferması

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr “El Periodico” nəşri ilə yanaşı “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də dərc edilmişdi. Və iddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın “The Observer” nəşri, “Finance Uncovered” və Organised Crime and Corruption Reporting Project kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar Cayman National Bank-dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.

Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları:

Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən çoxsaylı offşor şirkətləri barədə bəhs edilirdi.

Hesab edilir ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici offşorlara milyardlarla dollar çıxarıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Nənəmgili zirzəmidən də qovurdular"– Hacı Zeynalabidinin rus nəticəsi

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunub - Yenilənib, Foto

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib - Yenilənib

Nazarbayev: "Hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi"

İlham Əliyev Putinlə Qazaxıstan, Ukrayna və Qarabağı müzakirə edib

“Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edildi

Baş nazir ərzaq təhlükəsizliyi və qiymət artımı ilə bağlı müşavirə keçirib

Dubay hava limanına "Zülfüqar" ballistik raketi atıldı

Deputatdan Mehdiyevə zəhər kimi sözlər: "BDU rəhbərliyi onun arvadına və qızına rezidensiya yaradıb"

Eldar Mahmudovun oğlu Londonda yeni şirkət sahibi oldu - Sənəd

Tahir Kərimli ona qarşı səslənən ittihamlara cavab verdi - Video

2022-ci ildə ABŞ-Rusiya və NATO-Rusiya gərginliyinin proqnozları... - Nələr ola bilər?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay