Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyanın taleyi çoxdan yazılıb: Həftarı prezident elan edənlər kimlərdir?

Keçən iki dünya müharibəsinə səbəb olan problemlər indi Liviyada 3-ü dünya müharibəsi fonunda özünü göstərə bilər...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 24 yanvar 2020-ci il

İzləyənlər bilir ki, Moskva və Berlindəki sülh danışıqları və Həftar barədə vacib məlumatlar vermişəm. MKİ sızdırdıqca görüb bildirdim.Yenə məlumat sızdırmağa davam edirlər. Sanki, bu sızmalar bəzi güclər vasitəsilə edilir ki, öz güclərini göstərsinlər. Əlbəttə ki, bu proses içində, bəlkə heç birimizin əhəmiyyət vermədiyi xüsusi insanlar var ki, bu insanlar xəritələrin dəyişməsindən, güclərin paylanmasına qədər bütün proseslərdə aparıcı rol oynayır, lakin biz bilmirik, görmürük.

Moskvada Həftarın “Lockheed Martin”in baş direktoru və müdafiə naziri Esperlə telefonla danışdığını qeyd etmişdim. Əlavə etdim ki, onları masadan qaldıran da məhz bu komanda idi.

ABŞ Dərin dövlətinin dəstəklədiyi bir şəxsi də qeyd etmək lazımdır. Çünki onun gördüyü işləri heç kim bilməsə də, çox vacibdir. Son təhlildə Liviya Türkiyə üçün önəmli bir ərazidir. Hətta ölkənin müdafiəsi belə oradan başlayır. Bu səbəbdən, Liviyanı və oradakı oyunçuları yaxşı təhlil etməliyik.

Adları bir-bir çəkilməsə də, Dərin Amerika və Trump arasındakı gərginlik nəticəsində 69 nəfər vəzifəsindən uzaqlaşdırılıb. Onlardan ən vacib şəxslər Con Bolton, Cim Metis və Stiv Bennondur. Dərin Amerikanın Şimali Afrika planlarını hazırlayan bir nəfər də var. Bu şəxs Bennonun sirdaşı Sebastian Qorkadır. ABŞ Prezidenti Donald Trumpın Terrorla Mübarizə üzrə müşaviri olan və Yaxın Şərqi Pentaqonun istədiyi şəkildə tərtib edən Sebastian Qorka Bennondan sonra vəzifəsindən istefa verib. Pentaqon da Qorkanı çox özəl bir vəzifəyə təyin edib. O, hazırda lider kimidir. Bu gün Həftarla, ABŞ Müdafiə naziri Esperlə və Trampla görüşən də odur. Lakin Həftarı illər əvvəldən tapıb ABŞ-a gətirən Qorka olduğu üçün oyunu rəhbəri də odur.

Həftar isə ona olduğu qədər heç kimə bağlı deyil. Onun Həftar üzərində güclü bir təsiri var.

Əmri altındakı insanlardan 71%-i qeyri-müsəlmanlardan­ ibarət olan Həftarın sol cibində çox xüsusi hallarda istifadə etdiyi bir telefon var. Bu telefona yalnız bir nəfər zəng edir. O da Sebastian Qorkadır. Moskvada qurulan masadan Həftarı çağıran görünməz adam Qorka idi. Həmin telefonla zəng etmişdi. “Lockheed Martin” və Esperlə də əlaqədə idi. Həftarın da əlaqəsi vardı.
Lakin son nöqtəni qoyan Qorka idi.

Bundan sonra Moskvada 2 dəfə Qorka ilə görüşən Həftar Berlində Qorkaya 9 dəfə zəng edib. Amerikanın silah və enerji şirkətlərinin ortaq qərarı ilə Liviya üçün seçilən Qorka bir avropalı bir diplomatla görüşü zamanı salfetə Liviyanın 3 hissəyə bölünmüş xəritəsini çəkib. Həmin avropalı diplomat bunun çox təhlükəli olduğunu desə də, Qorka: “Qərar verildi, Liviya 3 yerə bölünür. Buradakı tək problem bir bölgənin Osmanlını çox sevməsi və bu səbəbdən, Türkiyə ilə hərəkət etməsidir. Avropanın bu mövzudakı mövqeyi Vaşinqtonla tamamilə eyni olmalıdır. Sadəcə olaraq İngiltərənin bu plana qarşı olduğunu yalnız bilirik. London da tezliklə imtina edəcək”, deyib.

Gizli komandirin hazırladığı plana görə, Tripoli və Tobruk dəniz sahilində yerləşən iki Tripolitaniya və Kirenaika adlı 2 fərqli ölkəyə çevrilərkən, Çad sərhədinə yaxın olan Fəzzan bölgəsində ayrı bir dövlət qurulacaq. Tripolitaniyada Türkiyənin təsirli olmaq ehtimalı çox çoxdur. Ona görə də Həftarın dövlət başçısı olacağı bölgə Tripolitaniyadır. Yəni Türkiyənin olduğu bölgə. O səbəblə, Vaşinqtonun hədəfi Türkiyədirsə, təbii olaraq Həftarın hədəfi də Türkiyədir. Bu baxımdan Liviya Türkiyə üçün çox çox vacibdir. Qarşı tərəf təkcə Türkiyə üzərinə addım atır, planlar qurur.

Avropa ölkələri də qətiyyən Türkiyənin Tripolitaniyada təsirli olmasını istəmir. Türkiyədən çox qorxduqda hamısı birdən-birə ABŞ-ın yoluna düşür.

Aralıq dənizi uğrunda da eyni mübarizə aparılacaq. Həftarla görüşən Qorka Pentaqondan gələn generallarla birlikdə hədəfin Türkiyə olduğunu vurğulayıb.

Kirenaika və Fəzzanda prezident olacaq şəxslər indi Vaşinqtonda yaşayırlar. Necə ki, Həftarı əvvəldən alıb yetişdiriblərsə, bunlara eynisini ediblər. Ancaq yeganə problem Tripolitaniyadiır. Digər bir plana görə də, Tripolitaniya mərkəzi hökumət olacaq. Kirenaika və Fəzzan isə muxtar respublikalar olacaq və Tripolitaniya tərəfindən idarə ediləcək. İstənilən vəziyyətdə planların hamısında mərkəzdə Həftar və Türkiyə düşmənçiliyi var. Əgər bu plan həyata keçsə, təbii olaraq, 3 dövlət kimi görünsə də, əslində tək olan Liviyanın prezidenti Həftar olacaq. Türkiyə və bir neçə ölkə sülh yaratmaq üçün çırpınarkən, onunla eyni masaya oturan 30 dövlət Həftarın prezidentliyini rəsmən tanıyıb. Atəşkəs və sülh üçün çırpınırmış kimi görünsələr də, arxada Həftarla eyni yoldan gedirlər.

Lakin Birləşmiş Millətlər Təşkilatı hər nə qədər Vaşinqtonun rəhbərliyi altında kimi görünsə də, əsl gücün İngiltərədə olduğu məlum olub. Çünki Vaşinqtonun böyük təzyiqinə baxmayaraq, BMT Həftarı tanımayıb. Amma Birləşmiş Millətlər Təşkilatı Fayiz-əs Sərracı tanıyır. Başqa sözlə, Sərracın qərarları BMT üçün vacibdir. Sarraç da Türkiyə ilə razılaşıb. Əlbəttə ki, Vaşinqtonu narahat edən məsələlərdən biri də bu razılaşmadır. Çünki BMT bu razılaşmaya heç etiraz etməyib.

Yalnız ABŞ deyil, bir çox ölkələr BMT-yə təzyiq göstərib və Sərracı tanımamasını tələb edib.

Ancaq BMT-nin cavabı onlar üçün mənfi olub.

Qorkanın və təbii olaraq Vaşinqtonun planını pozan ölkə Türkiyədir. Son illərdə ABŞ-ın sıxışdırmaq üçün çoxlu həmlələr etdiyi Türkiyənin Liviyada da ciddi bir güc qazanması Vaşinqtonun bütün sistemini pozub.
Nə etsələr də nəticə əldə edə bilmirlər. Bu da onların gərginliyini artırır.

Bu vəziyyətdə 2020-ci il əvvəlki ilə nisbətən daha sərt addımların atıldığı il olacaq. Ciddi oyunçular yer dəyişməyə başlayıb. Bir çox ölkə köhnə ittifaqlarından ayrılacaq və yeni siyasi şəraitə keçid edəcək.

Rusiya və Fransa bu mövzuda önə çıxır. Rusiya Türkiyə ilə addımlayarkən birdən-birə ABŞ-la ortaqlıq qurdu. Üstəlik, Vaşinqton ona qarşı böyük embarqolar tətbiq etmişdi.

Fransa da Türkiyə ilə qarşı-qarşıya gələrkən Liviya məsələsində bir addımını atıb. Lakin ortaqlıq baş tutmayıb.

Fransa yenidən ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırarkən, Vaşinqtonun Afrika planına görə yenidən masadan kənarda qalıb. İndi Fransa Liviya planını hazırlayır. Beləliklə Liviya daha qarışıq hala gələcək.

Təbii ki, Aralıq dənizi də.

Bu hesablara Almaniyanı, Çini və İngiltərəni də əlavə etmək lazımdır.. Ümid edək ki, olmasın, lakin keçən iki dünya müharibəsinə səbəb olan problemlər indi Liviyada 3-ü dünya müharibəsi fonunda özünü göstər bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar