Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranın sahil kəndini dənizə kimlər həsrət qoyub? – Sahil əraziləri imkanlı şəxslərə satılıb - Foto

Lənkəranın Xəzər dənizinin sahilində yerləşən Vel kəndinin sakinləri dənizə həsrət qalıblar.

Kənd sakinlərinin AzToday.az-a göndərdiyi şikayətdə bildirilir ki, yerli dövlət qurumları və bələdiyyə kəndin sahil ərazilərini imkanlı şəxslərə satıb. Nəticədə isə sakinlərinin dəniz sahilinə çıxışı faktiki olaraq bağlanıb. Sakinlər cəmi 100 metr aralıdakı sahilə getmək üçün 5-6 kilometr yol qət etmək məcburiyyətində qalıb.

Sakinlərin sözlərinə görə, illər əvvəl kənddə yeni məktəb tikilib və köhnə məktəbin ərazisi isə boş qalıb. Həmin ərazidən sakinlər rahatçılıqla gedib gələ biliblər və yeniyetmə uşaqlar köhnə məktəbin ərazisində müxtəlif idman növləri ilə məşğul olublar. Amma bir-neçə il əvvəl Vel kəndinin köhnə məktəbinin 74 sot ərazisi də yerli qurumlar tərəfindən satılır. Həmin yeri alan şəxs (adını kənd sakinləri də bilmir – red) isə ərazini daş hasara alaraq sakinlərin sahilə yolunu bağlayır. Və sakinlərin də problemi bundan sonra başlayıb.

Bununla bağlı kənd sakinlərinin müvafiq qurumlara etdikləri şikayətlər də nəticəsiz qalıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başda olmaqla əlaqədar qurumlar sakinlərin problemlərini görməzdən gələrək sakinlər üçün 2 metrlik piyada yolunun da açılmasına şərit yaratmırlar.

Sakinlər həmçinin qeyd edir ki, sahilə yol bağlanandan sonra kənddə evlərin qiyməti kəskin ucuzlaşıb və əhalinin əsas dolanışıq yeri olan kirayə evlər isə boş qalıb:

“Əvvəlki illərdə kəndə müxtəlif yerlərdən ailəvi istirahətə gələnlər çox olurdu. Yol bağlanandan sonra daha heç kim kəndə gəlmir”.

Sakinlər sahilə çıxışlarının həll olunmayacağı təqdirdə kütləvi etirazlara başlayacağını bildirir və problemlərinin tezliklə həll olunmasını istəyirlər…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar