Çərşənbə, 20 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Lənkəranın bu kəndi yer üzündən silinir: Ekologiya Nazirliyi heç bir tədbir görə bilmir - Video, Foto

Lənkəran rayonunun Təngivan kəndi yer üzündən silinməkdədir. Belə ki, kəndin düz ortasından keçən Lənkərançay (Bəşəru) çayının yatağı “PROFCO” MMC tərəfindən qazılaraq daşınmaqdadır.

Kənd sakinləri AzToday.az-a bildirib ki, kəndin mərkəzində 12 il əvvəl daş-çınqıl karxanasi açılıb:

“Camaat o vaxt etiraz etdi, lakin müxtəlif yollarla camaatın səsini boğdular.

Ekologiya nazirliyi özü deyir ki, nə çayı, nə də onun ətrafını bircə metr belə qazmaq qanunsuzdur. Lakin onlar bu 12 il ərzində çayı azı 10 metr qazdılar, 20 metr eni olan çayı bəlkə 80-100 metr geniş etdilər, əvvələr heyvanlar və insanlar istənilən yerdən çayı keçə bilirdi, indi isə cəmi 2 yer qalıb, bu yerlər isə dərin xəndəklə doludur, heyvanlar keçəndə düşür, insan isə min əziyyətlə keçir. Şay kəndi 2 hissəyə ayırır, çaydan sağda pay torpaqları, örüş, meşə var, camaat və heyvanlar hər gün çayı keçməyə məcburdur. Ona görə vəziyyət bərbaddır.


Çay sahilində bəlkə 40 hektardan çox torpağı 12 metr qazıb apardılar, halbuki əvvəllər bu ərazilərdə camaat keçmişdə çəltik əkirdi. Həmin torpağı “guya sənədi yoxdur” deyib zorla alıb əlindən alıb, qazıb apardılar. Deyək ki, lap sənədi yox idi, sənədi olmayan yerləri bu hala qoymaq olmaz. Bununla yanaşı camaatın pay torpaqlarına gedən yolları məhv etdilər, 2 yoldan birini tamamilə qazıb apardılar, digər yol isə dağılmaq üzrədir. Körpünü dağıtdılar, camaat etiraz edəndən sonra körpü qoysalar da xeyri olmadı, sel apardı, çünki çayda körpünün bərkitmək üçün heç nə saxlamayıblar. Bütün il boyu karxanadan çıxan toz-torpaq da əhalinin başına ələnir, zavod evlərə çox yaxın olduğu üçün ağız deyəni qulaq eşitmir. Nə uşaqlar dərs oxuya bilir, Nə camaat evində dincələ bilir, nə də öz evində ağız deyəni qulaq eşitmir.

İndi qazmağa heç nə qalmayıb deyə keçiblər örüşləri, pay torpaqlarının kənarını aşırırlar. Pay torpaqlarını da müharibə dövrü(44 günlük müharibə – red.) fürsətdən istifadə edib 1,5 km kənarını üçurublar ki, öz maşınları üçün yol düzəldiblər.

Bütün dövlət orqanlarına illərlə şikayət etmişik və edirik. Hamısını da pul ilə ağzını başlayırlar. Bir dəfə onları məhkəməyə də vermişik, məhkəməyə də pul verib məsələni bağladılar, məhkəmə heç camaatı içəri buraxmadı. İddianı da ekologiya nazirliyi onlar üçün qaldırmışdı.

Karxananın sahibi bilinmir kimdir, heç kim görməyib onu, amma bütün bu qanunsuz işlərə rəhbərlik edən şəxs müdir müavini olan şəxs Şaiqdir. Əlbəttə, bunları icra hakimi, bələdiyyə sədri ilə birlikdə edirlər. Şikayət edənlərə hədə-qorxu gəlirlər, şərləməklə qorxudurlar”.

“PROFCO” MMC-nin təbiətə və insanlara vurduğu ziyanın görüntülərini təqdim edirik:

Yeri gəlmişkən qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təngivan kəndində yaşanan özbaşınalıqdan xəbərdardır. Nazirlikdən keçən ay mediaya verilən məlumatda bildirilir ki, 15 sentyabr 2020-ci il tarixində vətəndaşların müraciətinə əsasən Ekologiya və təbii sərvətlər nazirliyinin yanında Milli Hidrometrologiya xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu Təngivan kəndi ərazisində fəaliyyət göstərən “PROFCO” MMC daş-çınqıl karxanasının yaşayış evlərinə yaxın ərazidə monitorinq aparılıb:

“Monitorinq aydın hava şəraitində,günün ayrı-ayrı saatlarında PCE-322 A ölçmə cihazı ilə aparılaraq müəyyən olunmuşdur ki, səs-küy vətəndaşların evlərinin yaxınlığında normadan artıqdır. Belə ki, səs-küy və vıbirasiyanın yol verilən həddi 60 DBA olduğu halda həmin ərazidə səs-küy və vıbirasiyanın miqdarı 70 DBA müəyyən olunmuşdur. Bununla da “PROFKO” MMC daş-çınqıl karxanasında ətrafa yayılan səs-küyün normadan artıq olduğu aşkar olunmuşdur.

Araşdırmanın nəticəsi olaraq əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada 05.11.2020-ci il tarixli akt və protokol tərtib edilərək faktla bağlı hüquqi şəxs qismində qərar çıxarılmasından ötrü (Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 18.5 maddəsinə əsasən) toplanmış sənədlər idarənin 11.11.2020-ci il tarixli 2903 saylı məktubu ilə Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Lakin bu prosesin də nəticəsi cavabsız qalmışdır”.


Daş-çınqıl karxanasinda işlərə rəhbərlik edən Şaiq Həsənovdan “PROFCO” MMC-nin fəaliyyəti ilə bağlı Ekologiya və Geoloji normativ sənədləri istədikdə o, hər-hansı bir sənəd verməkdən imtina edərək şifahi bildirmişdir ki, həmin sənədlərin yaxın vaxtlarda götürülməsini təmin edəcəkdir.

Araşdırma zamanı məlum olmuşdur ki, Lənkəran şəhər icra hakimiyyəti başçısının 13.05.2014-cü il tarixli 127 saylı sərəncamı ilə “Lənkərançay-2” qum-çınqıl yatağından 7.0 ha torpaq sahəsi “PROFCO” MMC və “Bayram-M” şirkətinə ayrılmışdır. Həmin torpaq sahəsinin 1.0 ha-da daş qırma materiallarının istehsalı üçün avadanlıqların quraşdırılmasına və 6.0 ha-da isə qum-çınqıl materialının götürülməsinə icazə verilmişdir.

Daşınmaz əmlakın dövlət reyesteri xidmətinin 17.12.2018-ci il tarixli RX N:1442614 saylı çıxarışına əsasən həmin 7.0 ha torpaq sahəsi “PROFCO” MMC-nin mülkiyyətinə verilmişdir. Ayrılmış karxana ərazisində yerin təkindən istifadə ilə əlaqədar ETSN-nin dövlət ekspertiza idarəsi müəssisəyə 02.07.2014-cü il tarixli 857 saylı dağ-mədən ayırması aktı və 02.07.2014-cü il tarixli dağ-mədən işlərinin inkişaf planı verilmişdir.

Dövlət ekspertizası idarəsi tərəfindən verilmiş hər iki sənədin müddəti bitdiyindən həmin sənədlərin yenidən alınması üçün müəssisəyə idarə tərəfindən 01.07.2019-cu il tarixli 1225 saylı və 29.04.2020- ci il tarixli 857 saylı məktublarla xəbərdarlıq olunmuşdur.

Lakin buna baxmayaraq yerin təkindən istifadə hüququ verən ekoloji və geoloji sənədləri olmadan “PROFCO” MMC fəaliyyətini davam etdirmişdir. Araşdırma müddətində istismar işləri aparılan əraziyə keçirilən baxış zamanı “PROFCO” MMC-yə məxsus “Hunday” markalı ekskavator vasitəsi ilə Lənkərançay çayının yatağında uzunluğu 70 metr,eni 12 metr və dərinliyi 1.20 metr olan sahədə qazıntı işlərinin qanunsuz olaraq aparıldığı və ümumilikdə 1008,0 m 3 həcmdə qum-çınqıl qarışığının götürüldüyü müəyyən edilmişdir.

Bununla da “PROFCO” MMC tərəfindən yerin təki haqqında Azərbaycan Respublikası qanununun tələbləri pozulmuş, inzibati xəta törədilmiş və təbiətə ziyan vurulmuşdur.(Ziyan hesabata əlavə olunur) Araşdırmanın nəticəsi olaraq qanunamüvafiq qaydada 08.07.2020-ci il tarixli akt və protokol tərtib edilərək 1008 m3 həcmdə çınqılın qanunsuz işlədilməsi, (götürülməsi) üçün təbiətə dəymiş ziyan 14112 (on dörd min yüz on iki manat müəyyən olunmuşdur.

Faktla bağlı toplanmış sənədlər müvafiq qərar çıxarılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Lakin Lənkəran rayon məhkəməsinin hakimi Mütəllim İsayev dəfələrlə əsassız olaraq məhkəmə iclasını təxirə salmış və işə xitam vermişdir. Məhkəmənin qərarı idarəyə verilməmişdir”.

Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqca etiraf edir ki, bu obyektin qanunsuz fəaliyyətdə olmasına baxmayaraq, biz onun fəaliyyətini dayandıra bilmirik. Hətta məhkəmə də bu obyektin qarşısında aciz qalaraq geri addım atır.

Fotolar

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

Azərbaycanın İrana narkotik ittihamı və alınan cavab... - Özünü geosiyasi dalana soxan Tehran geri addım atır?

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

Saxlanılan beş erməni İrəvana təhvil verilir - Foto

Putindən müsahibə alan xanım aparıcıya reaksiya: “Ayaqları ilə nə edir?”

“Bu hakimiyyət ləyaqətlə getmək şansını əldən verdi”

Sənay Qəhrəmanlıya təcavüz edən oğlan saxlanıldı - Foto

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay