Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açıldı

İyulun 27-də Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini Elvin Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib evə çatdıqdan sonra aralarında yaranmış mübahisə zamanı bıçaqla İlham Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elvin Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar