Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda müharibə nəticəsində psixoloji problemlər yaşayan bölgə vətəndaşlarına psixoloji yardım göstərilir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanların ailələri, qazilər, müharibədən fiziki və mənəvi əziyyət çəkən insanlar hər zaman dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, onların zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər nazirliyin mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasını paytaxt sakinləri ilə yanaşı, aprelin 5-dən etibarən Lənkəran şəhərində də davam etdirirlər.

Şəhid ailələri, qazilər, müharibədən fiziki və mənəvi əziyyət çəkən insanlarla yanaşı, cənub bölgəsinin vətəndaşlarına da psixoloji yardım göstərilir.

FHN-nin psixoluqu Davud Sultanov Lənkəranda jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, iki həftə ərzində cənub bölgəsində 121 seans keçirilib, 150-yə yaxın müraciət olub və 101 vətəndaş psixoloji yardım alıb. Müraciətlər əsasən Lənkəran, Masallı, Cəlilabad, AstaraYardımlı rayonlarından olub.

Humanitar aksiya mayın 5-dək davam edəcək.

Qeyd edək ki, bundan əvvəl FHN tərəfindən Gəncə və Bərdə şəhərlərində də vətəndaşlara psixoloji yardım göstərilib. Aprelin 12-dən etibarən isə ölkəmizin şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyasına başlanılıb.

Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək istəyənlər FHN-nin “112” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar