Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəran və Biləsuvarda karantin qaydalarını pozan şəxslər aşkarlanıb

Karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Lənkəran şəhər sakini C.Əliyevin karantin rejimi qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək Astara rayonuna getdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Biləsuvarda isə karantin rejim qaydalarını pozaraq yas mərasimi təşkil edən şəxs cərimələnib. Belə ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi təşkil etdiyi müəyyən edilib. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən karantin rejiminin qaydaları və tələbləri orada olan şəxslərin diqqətinə çatdırılıb. M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar