Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Le Monde”: Ermənilər özləri də anlayır ki, Şuşa və digər ərazilərə geri dönüş mümkün deyil

Fransanın “Le Monde” nəşri müharibədən bir il vaxt keçdikdən sonra ermənilərin gündəlik həyatının necə keçməsi barədə məqalə hazırlayıb.

Nəşrə danışan - müharibədən əvvəl Şuşada ailəsi ilə yaşadığını və sənəd üzərində guya hələ də Şuşadakı tarix muzeyinin direktoru olduğunu söyləyən Aşot Arutyunyan hazırda İrəvanda kiçik mənzildə qaldığını bildirib. Uzun illər Azərbaycanın işğal olunmuş torpaqlarını qanunsuz istismar edən bu şəxs İrəvandakı güzəranından narazılığını dilə gətirib.

Elə yazının müəllifi də işğal amilinə diqqət çəkib. O, bildirib ki, ermənilər Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağ və ətrafdakı əraziləri işğal edərək 600 min azərbaycanlını bu ərazilərdən qovub.

Müəllif eyni zamanda mövcud siyasi şəraitə də toxunub və Ermənistanın baş naziri Nikol Paşinyanın AzərbaycanRusiya qarşısında mövqeyinin hazırda olduqca zəif olduğunu vurğulayıb.

Məqalədə qeyd olunub ki, Ermənistanda işsizlik səviyyəsi artıb, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yaşayan 30 min erməninin əksəriyyəti fermer olub və hazırda onların əkinlə məşğul olduğu sahələrin 60 faizi əldən gedib. Yazıda eyni zamanda əsas problemin təhlükəsizlik məsələsi olduğu və hazırda ermənilərin hər tərəfdən “düşmən”lə əhatələndiyi qeyd olunub.

“Le Monde” bildirir ki, Azərbaycan Şuşanı mədəniyyət paytaxtı elan edib, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi üçün fond təsis edilib, Şuşaya artıq səfərlər başlanıb və Azərbaycan şəhəri turizm mərkəzinə çevirmək məqsədini qarşısına qoyub.

Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən müharibədən sonra bu ərazilərə qayıtmış ermənilər isə görünür ki, əvvəlki kimi rahat yaşaya bilmir. Nəşr onların çoxsaylı problemləri arasında mənzil və iş qıtlığı, nəzarət-buraxılış məntəqələrinin çoxluğu və “daimi etibarsızlıq” kimi amilləri vurğulayır.

“Le Monde”nin məqaləsində aydın olur ki, Ermənistanda qalan Aşot Arutyunyan kimi ermənilər də heç vaxt Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə əvvəllər yaşadıqları həyata qayıda bilməyəcəyini düşünür. Artıq ermənilər özləri də anlayır ki, geri dönüş mümkün deyil. Çünki Azərbaycan işğala son qoyub və bu torpaqların əsl sahibləri qayıdıb. Uzun illər torpaqlarımızı qanunsuz istismar edənlər isə burada artıq istədiklərini tapa bilməyəcəklərini dərk edirlər. Onlar nə “Le Monde” nəşrinin göstərdiyi kimi mənzil, iş, nəzarət-buraxılış məntəqələri kimi problemlərlə üzləşmək, nə də həmin ərazilərə geri dönmək fikrində deyillər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar