Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

Rusiya Xarici İşlər naziri “Kazan prinsipləri”nə qaytarmaq istədiyini açıqca dilə gətirdi...

Politoloq: “Rusiyanın yaratdığı problemi özünün istədiyi kimi tənzimləməyə çalışması yolverilməz haldır”.

“Artıq “Kazan prinsipləri” və “Sank-Peterburq prinsipləri” tarixə qovuşub. Hər iki prinsiplər tarixin arxivindədir”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı verdiyi açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı maraqlı açıqlamalar verib. Lavrov həmçinin münaqişəni 2012-ci ildə irəli sürdüyü və Qarabağın statusunun gələcək nəsillərə saxlamağı ön görən “Kazan prinsipləri”nə qaytarmaq istədiyini də açıqca dilə gətirib.

Ümumi fonda Lavrovun bu açıqlamalını necə dəyərləndirmək olar və “Kazan prinsipləri”nə geri dönüş mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Lavrovun dedikləri sırf təbliğat xarakteri daşıyır və sülh yaratma prosesinə zərrə qədər də xidmət etmir”.

Bu gün Avropa Birliyinin irəli sümüyü məsələlərin ön planda olduğunu nəzərə çatdıran politoloq bildirib ki, buna görə də Lavrovun söylədikləri sadəcə olaraq Rusiyanın bu məsələyə dair üstüörtülü niyyətlərini həyata keçirmək üçün planlağı uğursuz cəhdlərindən biridir:

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı son açıqlamasını müsbət qarşılamaq olmaz. Rusiyanın yaratdığı problemi özünün istədiyi kimi tənzimləməyə çalışması yolverilməz haldır. Eyni zamanda bu cür yanaşma Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən amillərdəndir. Bu nöqteyi-nəzərdən də Lavrovun dedikləri sırf təbliğat xarakteri daşıyır və sülh yaratma prosesinə zərrə qədər də xidmət etmir. Azərbaycan tərəfi Lavrovun baxışlarını qəbul edə bilməz.

Orada “Kazan prinsipləri”nin müəyyən elementləri var. Amma artıq “Kazan prinsipləri” və “Sank-Peterburq prinsipləri” tarixə qovuşub. Hər iki prinsiplər tarixin arxivindədir. İndi yeni prinsiplər və yeni həll modelləri var. Bu gün Avropa Birliyinin irəli sümüyü məsələlər ön plandadır. Buna görə də Lavrovun söylədikləri sadəcə olaraq Rusiyanın bu məsələyə dair üstüörtülü niyyətlərini həyata keçirmək üçün planlağı uğursuz cəhdlərindən biridir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar