Bazar, 14 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Lavrovun Bakı səfərində imzalamış informasiya sazişi... - Rusiya sazişə əməl edəcək?

Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklanacaqmı?

Politoloq: “Rusiyanın bu sazişə nə qədər əməl edib-etməyəcəyi sual altındadır”.

“Bütün bu və başqa səbəbləri nəzərə aldıqda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması iki ölkə arasında yaşanan informasiya sahəsindəki gərginliyi həm sonlandıra, həm də prosesləri tənzimləyə bilər”.

Məlum olduğu kimi, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda işgüzar səfərdə oldu. Səfər bir çox baxımdan diqqət çəksə də hesab edirəm ən vacib məqam 24 iyunda iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması oldu.

İmzalanan bu saziş RusiyaAzərbaycan arasında informasiya gərginliyinə son qoya biləcək?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Tural Rzayev: “Rəsmi Bakı bu sazişlə növbəti strateji addımını atmış oldu və Rusiya informasiya məkanından gələ biləcək mümkün təhdidləri bloklamış oldu”.

Belə bir sazişə ehtiyac olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, xüsusilə iki ölkənin son zamanlar informasiya sahəsində yaşadığı gərginlik hamıya məlumdur:

“Əvvəla, onu deyim ki, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanmasında əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması və iki ölkə arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsidir.

Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər aşağıdakı hallar edilir:

1. Dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

2. Mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

3. Terrorçuluğun təbliğatı və terror məqsədləri;

4. Dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

5. Millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

6. Vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar.

Tural Rzayev: “Erməni əsilli Marqarita Simonyanın bir müddət öncə sərgilədiyi antiazərbaycan mövqeyi “Sputnik Azərbaycan”nın ölkədəki fəaliyyətini şübhə altına salmışdı”.

Hesab edirəm belə bir sazişə ehtiyac var idi. Xüsusilə iki ölkənin son zamanlar informasiya sahəsində yaşadığı gərginlik hamıya məlumdur. Misal üçün bir müddət öncə ölkəmizdə Rusiyanın dövlət informasiya agentliyi - “RİA Novosti”nin girişi bloklanıb. Buna səbəb isə özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın sözügedən agentliyə müsahibəsi olub.

Bundan başqa Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyanın bir müddət öncə sərgilədiyi antiazərbaycan mövqeyi “Sputnik Azərbaycan”nın ölkədəki fəaliyyətini şübhə altına salmışdı. Rusiyaya gəldikdə isə bir müddət öncə "Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən “Oxu.az”, "haqqın.az”, "minval.az”, "baku.ws" kimi yerli media subyektlərinə Rusiya ərazisində girişinə blok qoyub. Adları çəkilən saytlar Rusiya-Ukrayna müharibəsinə obyektiv mövqe tutduqları və işğala məruz qalanın yanında olduqları üçün bloklanmışdı.

Bütün bu və başqa səbəbləri nəzərə aldıqda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması iki ölkə arasında yaşanan informasiya sahəsindəki gərginliyi həm sonlandıra, həm də prosesləri tənzimləyə bilər. Çünki saziş özlüyündə bir sıra məqamları ehtiva edir. Hesab edirəm saziş həm də rəsmi Bakıya bir əlavə dividentlər də qazandırır.

Tural Rzayev: “İmzalanan bu sazişlə əslində Rusiya bu və bu kimi hallar da daxil olmaqla informasiya məkanında Bakıya qarşı bütün təhdidlərin qarşısının alınmasını öhdəsinə götürür”.

Belə ki, saziş bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.

Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitsə də, müharibə ErmənistanRusiyanın bəzi dairələri tərəfindən informasiya məkanına transpormasiya edilib. "RİA Novosti"nin özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın müsahibəsi də bunu təsdiqləyir. Bu mənada imzalanan bu sazişlə əslində Rusiya bu və bu kimi hallar da daxil olmaqla informasiya məkanında Bakıya qarşı bütün təhdidlərin qarşısının alınmasını öhdəsinə götürür.

Rusiyanın bu sazişə nə qədər əməl edib-etməyəcəyi sual altındadır. Bununla belə rəsmi Bakı bu sazişlə növbəti strateji addımını atmış oldu və Rusiya informasiya məkanından gələ biləcək mümkün təhdidləri bloklamış oldu”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

“Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

Erməni silahlı dəstələri Şuşa üzərində kəşfiyyata cəhd göstərib - Video

İranın Azərbaycana ideoloji həmlələri: Kərimə dövləti nədir?

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Zəngilanda ilk ailə təsərrüfatları yaradılıb

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"

Minlərlə ton içməli suyu mənimsəyənlər: Bakının bir rayonu “lider”dir

Ən çox oxunanalar