Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviya XİN: "Türkiyə, İsveç və Finlandiyanın NATO-da olması vacibdir"

"Türkiyə, İsveç və Finlandiyanın NATO-da olması vacibdir" .

APA xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs “nra.lv”ya müsahibəsində deyib.

Jurnalistin Türkiyəsiz NATO və digər iki ölkənin - İsveç və Finlandiyanın, Alyansa qoşulmasının mümkünlüyü barədə sualına cavab verərkən latviyalı nazir bildirib ki, belə spekulasiyalar doğru deyil.

“Deyərdim ki, vəziyyəti dramatikləşdirmək düzgün deyil. Türkiyə üçün vacib olan məsələlər var. Bu ölkələr Türkiyə ilə həm silah ixracatına nəzarət məsələsini, həm də ticarəti məhdudlaşdırır. Həmçinin terror təşkilatları ilə bağlı məsələlər var hansı ki, bu Türkiyənin təhlükəsizliyi üçün vacibdir və konkret hansı təşkilatların bu cür (terror təşkilatı) qəbul edilməsi ilə bağlı müzakirələr gedir.

Mən ümid edirəm ki, Türkiyənin qanuni təhlükəsizlik maraqlarını, eyni zamanda Finlandiya və İsveçin Alyansa üzvlüyünün, təkcə Baltik dənizi regionuna deyil, bütövlükdə NATO-ya verəcəyi mühüm töhfəni nəzərə alan bir həll tapılacaq. Bu ölkələrin potensialını və bizim bilavasitə müdafiə və təhlükəsizlik maraqlarımızı nəzərə alsaq üç ölkənin - Türkiyə, İsveç və Finlandiyanın NATO-da iştirakı Latviyanın təhlükəsizlik maraqları üçün vacibdir", - deyə Latviya xarici işlər naziri Rinkeviçs deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar