Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında yol qəzasında şəhid olan zabit dəfn edilib - Yenilənib

Mətnə video əlavə edilib

***

Dövlət Sərhəd Xidmətinin zabiti Elməddin Nəsibov dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Şəhid Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası zamanı şəhid olan baş leytenant Nəsibov Elməddin Süleyman oğlunun nəşi Tovuz rayonuna gətirilərək ailəsinə təhvil verilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda ailəsinin yaşadığı Tovuz şəhəri, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evdə onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri və rayon sakinləri də iştirak edirlər.

Şəhid vida mərasimindən sonra Tovuz şəhər qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, E.Nəsibov 1989-cu ildə Tovuz rayonunda anadan olub. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, QubadlıCəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Ailəli idi, övladı yoxdur.

Xatırladaq ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar