Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçına laçınlılar qayıdır

Prezident İlham Əliyev: “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq”

Azərbaycan dövlətində və xalqında erməni işğalında olan torpaqlarımızın mütləq işğaldan azad ediləcəyinə böyük inam var idi. Bu inam subyektiv düşüncənin məhsulu deyildi. Hər bir azərbaycanlı üçün torpaqların azad olunması üçün nə etməsi bir məsuliyyət idi. Cəmiyyətdə vətənin ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz iradə və zəruri israr var idi.

Sözsüz ki, ölkənin ərazi bütövlüyünü təmin etmək dövlətin vəzifəsidir. Bu mücadilədə Azərbaycan dövlətinin haqlı olması və dünya miqyasındakı nüfuzunun gücü şər qüvvələrin inadını qırmağa kifayət edəcəyi obyektivlik idi. Bu işi Azərbaycan dövləti təşkil etdi, buna beynəlxalq və daxili zəmin yaratdı. Vətən müharibəsində tarixi Qələbə qazanılaraq torpaqlarımız işğaldan azad edildi. Buna nail olacağımız qaçılmaz idi. Çünki Ali Baş Komandan İlham Əliyev, bütövlükdə cəmiyyətimiz əsas vəzifəsi olaraq özünü və ətrafındakıları bu məqsədə nail olunmasına yönəltmişdi. Ona görə Azərbaycan dövləti belə bir iradəni ortaya qoya bildi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.

Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləcə, laçınlılar öz evlərimizə dönəcəklər. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciətində bu xoş müjdəni çatdırarkən deyib ki, ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq: “İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.

Məlum olduğu kimi, erməni işğalçıları işğaldan azad edilmiş torpaqlarda hər tərəfin infrastrukturunu dağıdıblar. Bununla yanaşı, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozub. Belə ki, Ermənistan Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

İşğaldan azad edildikdən sonra Laçın rayonu da bərpa edilir. Laçınlıların öz torpaqlarında normal həyatı üçün bütün addımları atılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Laçına iki il ərzində 4 dəfə səfər edib.

Cənab Prezident 2021-ci ilin fevralın 14-də Laçına ilk səfərində Güləbird kəndində Azərbaycan Bayrağını ucaldıb. Həmçinin su elektrik stansiyasının açılışında iştirak edib. Digər səfərlərindən isə Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində, eləcə də Laçından çəkilən avtomobil yollarının və tunellərinin, tikilən elektik stansiyaları və su anbarlarının iş proresi ilə tanış olub. 2022-ci ilin 21 sentyabrında isə dövlətimizin başçısı Laçın şəhərində Azərbaycan Bayrağını qaldırıb.
Artıq noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Proqramın prioritet istiqaməti olaraq Laçın rayonunun da inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastruktur qurulacaq. Belə ki, Laçın rayonu ərazisində yerləşən dövlət əhəmiyyətli obyektlərin elektrik təchizatı təmin olunacaq. Ərazi planlaşdırma sənədlərinə uyğun Laçın rayonunda yaşayış məntəqələrində rabitə xidmətləri həyata keçiriləcək. Əhalinin geri qayıdışına əsaslanaraq mərhələli şəkildə ümumi və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası işi aparılacaq. Bununla yanaşı, Laçın rayonunda Heydər Əliyev Mərkəzi və mədəniyyət müəssisələri yaradılacaq. Artıq laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Bütün bu aparılan işlər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunan rayonların, o cümlədən Laçının bərpası və bu ərazilərin əhalisinin qaydışı ilə bağlı üzərinə götürdüyü öhdəlik və vəzifələri layiqincə yerinə yetirir.

Aybəniz Rüstəmova, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar