Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın yolu ətrafındakı formalaşan beynəlxalq vəziyyət... - Proses hara gedir?..

Ermənilər bir müddət beynəlxalq aləmin diqqətini Laçın yolundakı vəziyyətə, “blokada mövzusuna” çəkə bildilər...

Politoloq: “Qərb ölkələri öz xeyirləri naminə Laçın yolunun azərbaycanlılar tərəfindən bağlandığını deyirlər”.

Azərbaycanlı ekofəalların orada davam etdirdiyi aksiya proseslərin Azərbaycanın xeyrinə tam şəkildə dəyişməsinə gətirib çıxara bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Laçın yolu ətrafında yaranan forbeynəlxalq vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın yolundakı duruma, “blokada mövzusuna” çəkə bildilər. İndinin özündə də bır sıra Qərb ölkəsində “Laçın dəhlizini açın” səsləri eşidilir. Ancaq görünən odur ki, günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır.

Laçın yolu ətrafında forbeynəlxalq vəziyyəti necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Bu məsələdə beynəlxalq birliyin piar kampaniyası bir müddət davam etsə də, zamanla gördülər ki, Azərbaycan haqlıdır”.

Hər gün oradan istər sülhməramlıların, istərsə də digər beynəlxalq qurumların maşınların fəaliyyətlərini davam etdirdiklərini xatırladan politoloq PİA.az-a bildirib ki, ekofəalların Laçın yolunda həyata keçirdikləri aksiya nəticəsində həm ekoloji terrorun qarşısı müəyyən dərəcədə alınıb, həm də orada Azərbaycan ərazilərinin qanunsuz istismarı dayandırılıb:

“Artıq 57 gündür ki, Laçın yolunda vəziyyət olduğu kimi davam edir. Yəni ekoaktivistlərin orada etiraz aksiyası davam edir. Bununla paralel olaraq rus hərbiçiləriləri tərəfindən həmin ərazidə yolun bağlanması ilə bağlı fikirlər də davam edir. Məsələ burasındadır ki, Laçın yolunda azərbaycanlı ekoaktivistlər yolu bağlamayıblar. Qərb ölkələri öz xeyirləri naminə Laçın yolunun azərbaycanlılar tərəfindən bağlandığını deyirlər.

Reallıq odur ki, ekofəallar həmin ərazidə yolu bağlayıblar. Hər gün oradan istər sülhməramlıların, istərsə də digər beynəlxalq qurumların maşınları fəaliyyətlərini davam etdirirlər. Əlbəttə, ekofəalların Laçın yolunda apardıqları aksiya nəticəsində həm ekoloji terrorun qarşısı müəyyən dərəcədə alınıb, həm də orada Azərbaycan ərazilərinin qanunsuz istismarı dayandırılıb. Eyni zamanda həmin ərazidən qanunsuz silah-sursatın və hərbi texnikanın seperatçıların əlinə keçməsinin qarşısı alınıb.

Samir Hümbətov: “Azərbaycanlı ekoaktivistlərin Laçın yolunda aksiyanı davam etməkləri məqbul hal kimi qiymətləndirilə bilər”.

Hesab edirəm ki, bu məsələdə beynəlxalq birliyin piar kampaniyası bir müddət davam etsə də, zamanlar gördülər ki, Azərbaycan haqlıdır. Buna görə də geri addım atmağa məcbur oldular. Buna görə düşünürəm ki, azərbaycanlı ekofəalların orada davam etdirəcəyik aksiya proseslərin Azərbaycanın xeyrinə tam şəkildə dəyişməsinə gətirib çıxara bilər. Bu da ümumilikdə Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnə bilər.

Hesab edirəm ki, əgər biz Laçın yolunda etiraz aksiyalarını davam etdirəcəyiksə, həm o ərazilərdən hərbi texnikanın seperatçıların əlinə keçməsinin qarşısı alınacaq, həm də ərazidəki qanunsuz istismarın qarşısı alınacaq. Buna görə də yaxın vaxtlarda azərbaycanlı ekoaktivistlərin Laçın yolunda aksiyanı davam etməkləri məqbul hal kimi qiymətləndirilə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar