Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın aeroportu saatda 200 sərnişinə xidmət göstərə biləcək

Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək”.

“Report”un Kəlbəcərə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu “AzVirt” MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır:

“2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə tamamlanması planlaşdırılır”.

C.Səfərov bildirib ki, hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr təşkil edir:

“Perronun sahəsi 50 000 kvadratmetrdir. Hazırda hava limanının ərazisinin hamarlaşdırılması aparılır. Bu da ən çox uçuş-enmə zolağının düşdüyü əraziyə təsadüf edir. Terminalın sahəsi isə 5 000 kvadratmetrdir. Saatda 200 nəfər sərnişinə beynəlxalq standartlara cavab verəcək şəkildə xidmət göstərmək mümkün olacaq. Həmçinin gələcəkdə beynəlxalq uçuşların icrası üçün tam şərait yaranacaq. Hava hərəkətinin idarə etmə qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı binaların da layihələndirmə işləri həyata keçirilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar