Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə mikroavtobus beton lövhəyə çırpılıb - 10 nəfər xəsarət alıb

Kürdəmirdə 10 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

”Mercedes” markalı mikroavtobusun sürücüsü Tərtər rayon sakini Dadaşov Alqayıt Əvəz oğlu həmin yolda hərəkətdə olarkən avtomobilə idarəetməni itirib.

Nəticədə sərnişinlə dolu olan mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Hadisə zamanı 10 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar 56 yaşlı Tərtər rayon sakini İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Müzəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri 33 yaşlı Müzəffərov Samir İldırım oğlu, 6 yaşlı Müzəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı və 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızıdır.

Hadisə zamanı xəsarət alanlar dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar