Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində nə baş verir?

DTX-nın Mədəniyyət Nazirliyində korrupsiyaya qarşı keçirdiyi əməliyyatdan sonra aydın oldu ki, qurumun rəhbərliyinin dəyişməsinə baxmayaraq, korrupsiya halları keçmişdə olduğu kimi qalmaqda davam edib...

Qeyd edək ki, Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar nəticəsində nazirlikdə külli miqdarda yeyintinin aşkarlandığı bildirilir.

PİA.az bildirir ki, “Beyləqan Xəbərləri” səhifəsinin yaydığı məlumata görə Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları ilə bağlı aparılan yoxlamalar qurumun Regional idarələrinədə keçəcək. Çünki Regional Mədəniyyət İdarələrindəki hazırkı vəziyyət sabiq nazir Əbülfəz Qarayevin dövründə olduğu kimi qalmaqdadır. Yəni bu qurumlarda sadəcə rəhbərliklər dəyişilib və dövlət vəsaitlərinin oğurlanması maxinasiyaları davam edir.

Beyləqan Xəbərləri” bildirir ki, belə qurumlardan biridə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsidir. Kürdəmir, İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdır.

Səhifə qeyd edir ki, hazirda Kürdəmir Regional Mədəniyyət İdarəsində çox ciddi maliyyə maxinasiyaları baş verir. Belə ki, qurumda əsas vəsait yeyintisinin yenə də keçmişdə olduğu kimi kənd kitabxanalarıda, mədəniyyət mərkəzlərində və klublarda adı olub özü olmayan işçilərin əmək haqqılarıdır.

Məlumata görə Regional İdarədə bu işlərə nəzarəti rəisin müavini Vaqif Alıyev edir. Adı olub özü olmayanların siyahısını çıxaran Vaqif Alıyev kitabxana, mədəniyyət mərkəzi və klub müdirlərindən hər ay əmək haqqıların bir hissəsini alır.

Səhifə onuda qeyd edir ki, Faiq Xudanlı və onun müavini Vaqif Alıyev bütün gücləri ilə İmişliBeyləqan rayonlarındakı mədəniyyət qurmlarına çöküblər. Bunun səbəbi isə yanvar ayında İmişliBeyləqan rayonlarının Kürdəmir Regional Mədəniyyət İdarəsindən ayrılacağı ilə bağlıdır. Yəni Faiq Xudanlı və müavini Vaqif Alıyev yanvar ayına kimi İmişli, Beyləqan rayonlarından qazanmaq istəyirlər.

Səhifə bildirir ki, İmişliBeyləqan musiqi məktəblərinə Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarovanın müvəqqti dirktor əvəzi təyin edilməsi də, bu maxinasiyanın bir hissədir.

Bundan başqa Beyləqan rayonunda musiqi məktəbinin təmiri üçün 1 milyon manata yaxın vəsaitin ayrılmasına baxmayaraq, hələ də işlərin yekunlaşmaması və vəsaitin isə xərcləndiyi qeyd olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar