Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

Rusiya Dövlət Dumasının sədr müavininin son açıqlaması axır vaxtlar Rusiya Azərbaycan arasında hansısa gərginliyə görə ola bilər?..

Politoloq: “Rusiyadakı prosesləri izləyən hər kəs bilir ki, Jirinovski bəyənatları boş - boşuna vermir. Jirinovskinin rəhbərlik etdiyi Liberal- Demokrat partiyası uzun illərdir ki, Kremlin MDB dövlətlərinə olan təzyiqində və ismarıclarında əsas rolu oynayır”.

Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dövlətlərlə apardığı effektiv əməkdaşlıq şimaldakı bəzi dairələrdə ciddi narahatlıq doğurmaqdadır”.

Bu sözləri politoloq Zaur Məmmədov Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirnoviskinin Azərbaycan haqqında səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya Dövlət Dumasının sədr müavini, Liberal- Demokrat partiyasının sədri Vladimir Jirnoviskinin ölkəmizə qarşı təhdidləri və çevirliş kimi ssenariləri dilə gətirib. Bilirik ki, Jirinovski əsasən Kremlin sifarişləri əsasında müxtəlif istiqamətlərə hücum edir. Görünən odur ki, Moskva hələ də qonşularına qarşı aqressiv siyasət həyata keçirməyə üstünlük verir. Rusiya anlayır ki, Qarabağda sülhməramlı fəaliyyəti Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurub. Hazırda Rusiya şantaj yoluna keçib və böyük ehtimalla çalışır ki, Azərbaycan sülhməramlıların mandatı ilə bağlı sazişi imzalasın.

Jirinovskinin son açıqlaması axır vaxtlar Rusiya Azərbaycan arasında hansısa gərginliyə görə ola bilər və Azərbaycanın verdiyi notadan sonra söz azadlığından dəm vuran Jirinovskinin açıqlamasını ölkəmizə qarşı təhdid kimi dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Qafqazda 200 il vaxtın keçməsindən sonra ilk dəfədir ki, geosiyasi mənzərə dəyişməkdədir, uzun əsrlərdən sonra, nəhayət, bölgədə azərbaycanlılar və türklər ortaq hərbi-siyasi orqanizm kimi çıxış etmək şansını əldə ediblər”.

Hələ ki, Rusiyada hakimiyyətdə Putindir və onun Azərbaycana və Türkiyəyə olan münasibəti tarixən bu ölkənin ənənəvi siyasətçilərindən fərqli olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Putin Rusiyanın avrasiyaçılıq konsepsiyasına uyğun olaraq, Azərbaycana və Türkiyəyə qarşı potensial müttəfiq kimi davranır. Lakin, vəziyyət dəyişəndə Rusiyanın siyasi elitasının və generalitetin avrasiyaçılıqdan uzaqlaşaraq Qarabağla, ümumillikdə isə, Cənubi Qafqazla bağlı hansı yol siyasət yürüdəcəkləri hər kəsə məlumdur:

Rusiyadakı prosesləri izləyən hər kəs bilir ki, Jirinovski bəyənatları boş - boşuna vermir. Jirinovskinin rəhbərlik etdiyi Liberal- Demokrat partiyası uzun illərdir ki, Kremlin MDB dövlətlərinə olan təzyiqində və ismarıclarında əsas rolu oynayır.

Rusiyanın siyasi elitasının təlxəyi rolunu oynayan Jirinovski sülhməramlılar məsələsinə toxunaraq, “müvəqqəti sülhməramlılar” dediyimiz rus əsgərlərinin bölgədə Moskvanın istədiyi qədər qalacağına eyham vurur. Gürcüstanda 2008- ci ildə baş verənlər onu deməyə əsas verir ki, Rusiyada bu mövzuda çağırışlara birazdan daha sərt şəkildə start veriləcək. Hələ ki, Rusiyada hakimiyyətdə Putindir və onun Azərbaycana və Türkiyəyə olan münasibəti tarixən bu ölkənin ənənəvi siyasətçilərindən fərqlənir. Putin Rusiyanın avrasiyaçılıq konsepsiyasına uyğun olaraq, Azərbaycan və Türkiyəyə qarşı potensial müttəfiq kimi davranır. Lakin, vəziyyət dəyişəndə Rusiyanın siyasi elitasının və generalitetin avrasiyaçılıqdan uzaqlaşaraq Qarabağla, ümumillikdə isə, Cənubi Qafqazla bağlı hansı yol siyasət yürüdəcəkləri hər kəsə məlumdur.

Son zamanlar baş verənlər də bir daha göstərdi ki, hər dəfə, tərəfdaşları, ya da rəqibləri ilə geosiyasi mübarizədə məğlubiyyət astanasında olan Rusiya ən son variant kimi güc resurslarından istifadə edir. Əfsuslar olsun kı, Rusiyanın Ukrayna və Gürcüstanda güc resursundan istifadə etməsi bu ölkələrin ərazi bütövlüyünün pozulmasına və əsasən Qərbin Moskva ilə alver etməsi ilə nəticələndi. Hazırda da Ukrayna və Gürcüstanın ərazi bütövlüyü Qərblə Rusiya arasında geosiyasi alver predmeti olaraq qalır.

Qafqazda 200 il vaxtın keçməsindən sonra ilk dəfədir ki, geosiyasi mənzərə dəyişməkdədir, uzun əsrlərdən sonra, nəhayət, bölgədə azərbaycanlılar və türklər ortaq hərbi-siyasi orqanizm kimi çıxış etmək şansını əldə ediblər. 44 günlük müharibə İranRusiyanın ikili şəkildə bölgədəki ağalığına son qoydu, Türkiyə və Azərbaycan kimi aktorları da, bu sıraya daxil etdi.

Zaur Məmmədov: “Gələcəkdə Azərbaycana qarşı aparılacaq pressinq məhz Rusiya və Fransa tərəfindən həyata keçiriləcək. Bu isə o deməkdir ki, Xankəndi məsələsi Bakı - Moskva münasibətlərindəki havadan asılı olacaq”.

Hazırda Moskvanın istəyi bəllidir. AzərbaycanErmənistan sərhəd problemlərində Moskva Bakının qışa qədər atacağı addımlara səssiz qalacaq. Lakin, öz növbəsində, Qarabağın dağlıq hissəsində ermənilərin kompakt yaşadığı rus sülhməramlılarının nəzarəti altındakı ərazilər məsələsi Bakı və İrəvan arasında müzakirə predmeti olmayacaq. Rusiyadakı bəzi qüvvələr Xankəndini və ətraf rayonları siyasi statusu dondulmuş, məhz sülhməramlıların idarə edəcəyi ərazi sayır. Aydın məsələdir ki, hazırda bu ərazilərlə bağlı gələcəkdə Azərbaycana qarşı aparılacaq pressinq məhz Rusiya və Fransa tərəfindən həyata keçiriləcək. Bu isə o deməkdir ki, Xankəndi məsələsi de fakto Ermənistansız cərəyan edəcək, Bakı - Moskva münasibətlərindəki havadan asılı olacaq.

Jirinovskinin çıxışındakı ikinci məqama diqqət yetirsək görərik ki, prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarci siyasət, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dövlətlərlə apardığı effektiv əməkdaşlıq şimaldakı bəzi dairələrdə ciddi narahatlıq doğurmaqdadır. Prezident İlham Əliyev son bir ildə təkcə Azərbaycanın tarixinə deyil, regionun tarixində kifayət qədər ciddi dəyişikliklərin əsasını qoydu. Nəticədə, bu gün Avrasiyanın orta xəttində yeni geosiyasi ox yaranmaqdadır.

Onu da qeyd edim ki, Jirinovski Azərbaycana hücumu uğursuz alındı, çünki o, ölkəsində olan siyasi mənzərəni Azərbaycana şamil etməyə çalışdı və əslində bu gülünc bəyanat idi. Siyasi təlxək başa düşməlidir ki, Azərbaycanda bu gün xalq - iqtidar birliyi var və 1920- ci ildən fərqli olaraq, indi, biz istənilən xarici aqressiyaya qarşı xalq və dövlət kimi sinə gəlməyə hazırıq.

Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, xarici dövlətlərin Qafqazlarda maraqlarının reallaşmasının bir yolu var. Azərbaycanın bugünkü gücü ilə barışmaq və bərabərhüquqlu əməkdaşlığa can atmaq...”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar