Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kremlin səbri və Paşinyanın iki masada oturmaq cəhdi... - Yeravanın ikili oyunları nə qədər davam edəcək?

Nikol Paşinyanın Moskva ilə münasibətlərində açıq olmasa da, qarşıdurma hiss olunurmu?..

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyanın növbədən kənar seçkilərdən sonra kabineti Qərbin adamlarından formalaşdıracağı gözlənilirdi”.

“Bu “dəyənək” var olduqca Moskva üçün narahatçılıq da yoxdur. Ona görə də düşünürəm ki, Moskva Paşinyanla açıq qarşıdurmaya getməyəcək”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın baş naziri Nikol Paşinyanın yeni hökumət formalaşdırmaq yolunda Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdırmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Nikol Paşinyan yeni hökumət formalaşdırmaq yolunda Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdıraraq onların yerinə Qərbin müəyyən mərkəzləri tərəfindən idarə olunanlar kadrları təyin edir. Həmçinin, iddialara görə Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əlaqəli şəxslər də təyinat alanlar arasındadır. “Hraparak” qəzeti hesab edir ki, Paşinyanın bu addımları rusların və Rusiya meyilli dairələrin, həmçinin rusiyalı sülhməramlıların diqqətindən yayınmır və Moskvanın etirazlarına səbəb olur.

Bəs Rusiya Paşinyanın bu siyasətinə niyə susqunluq nümayiş etdirir? Ümumiyyətlə Paşinyanın Moskva ilə münasibətlərində açıq olmasa da, qarşıdurma hiss olunurmu?

Mövzunu PİA.az-ın Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Rusiyanın Paşinyanın apardığı siyasətə qarşı atdığı addımlar ancaq Ermənistanda digər siyasi qüvvələrə dəstək verməkdən ibarətdir”.

Kremlin gözləmə mövqeyində olduğunu və Paşinyanı büdrətməyə çalışacaqlarını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, xalqın dəstəyindən məhrum olduğu zaman Rusiya daha effektli hərəkətə keçəcək. Hətta Ermənistanda hərbi çevriliş cəhdinə də əl ata bilər:

Ermənistan Baş naziri Nikol Paşinyanın növbədən kənar seçkilərdən sonra kabineti Qərbin adamlarından formalaşdıracağı gözlənilirdi. Məhz bu siyasətin reallaşmasını Moskva da görür. Hazırkı proseslər çərçivəsində Rusiyanın Paşinyanın apardığı siyasətə qarşı atdığı addımlar ancaq Ermənistanda digər siyasi qüvvələrə dəstək verməkdən ibarətdir. Hazırda Ermənistanda olan yeni təyinatlara fikir versək görərik ki, Sorosa bağlı şəxslər yeni vəzifələrə gətirilir.

Nikol Paşinyan ona görə Rusiya bağlı qüvvələri hakimiyyətdə təmsil etmir ki, sabah ona baş ağrı ola bilər. Həmçinin onun Qərb qarşında götürdüyü öhdəlikləri var. Baxmayaraq ki, o, Ruiyani strateji tərəfdaş adlandırır, Paşinyanın bütün siyasəti anti-Rusiya siyasətinə fokuslanıb. Amma, Nikol Paşinyan Rusiyanın maraqlarını zərbə vuraca gücdə də deyil. Kreml gözləmə mövqeyindədir və çalışacaq ki, Paşinyanı büdrətsin.

Məhəmməd Əsədullazadə: “Ermənistanın Rusiyanın orbitində onda çıxa bilər ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırsın və sülhə getsin”.

Paşinyanın əsas gücü xaldan aldlğı dəstəkdir. Bu dəstək zəiflədiyi anda Rusiya daha effektli hərəkətə keçəcək. Hətta Ermənistanda hərbi çevriliş cəhdinə də əl ata bilər.

Ümumiyyətlə Ermənistanın Rusiyanın orbitində onda çıxa bilər ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırsın və sülhə getsin. Buna getməyəcəksə, Rusiya Ermənistanda sözdə tərəfdaş olacaq, amma gücünü də qoruyub saxlayacaq. Azərbaycan Rusiyanın əlində Paşinyana qarşı bur “dəyənək” kimidir. Bu “dəyənək” var olduqca Moskva üçün narahatçılıq da yoxdur. Ona görə də düşünürəm ki, Moskva Paşinyanla açıq qarşıdurmaya getməyəcək. Paşinyan müdafiə naziri A. Arutunyanı Qərbpərstlə əvəz edə bilər, XİN rəhbərliyinə də qərbpərst .əxs təyin edə bilər, amma bu o demək deyil, Paşinyan Moskvanın direktivlərindən kənara çıxa bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gürcülər də İrandan üz döndərdi – Cənubi Qafqazın qapıları İranın üzünə bağlanır?

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər - Antibiotik, Favipiravir...

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Akopcanyan: Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək - Video

Ən çox oxunanalar