Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml "üçlü qaz ittifaqı"nın yaradılması ideyasına münasibət bildirib

“Rusiya, Qazaxıstan və Özbəkistanın "üçlü qaz ittifaqı"nın yaradılması ideyası hələ rəsmləşdirələcək. Bu regionda enerji təchizatı marşrutları son dərəcə aktualdır”...

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sözsüz ki, bu ideya və təşəbbüs müəyyən şəkildə rəsmiləşəcək. Mən dəqiq konturların formalaşdırılması baxımından nəzərdə tuturam. Söhbət ondan gedir ki, bu, çox vacib regionda olan böyük və geniş ərazidir. Əlbəttə ki, marşrutlar, enerji daşıyıcılarının tədarükü, qaz və s. bu ərazi üçün son dərəcə aktualdır. Orada çox geniş şəbəkə var və təbii ki, fəaliyyətlərin koordinasiyası adı çəkilən hər üç ölkənin maraqlarına cavab verəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev və Vladimir Putin bazar ertəsi Kremldə keçirilən görüşdə Rusiya qazının Qazaxıstan və Özbəkistan əraziləri vasitəsilə nəqlində fəaliyyətləri əlaqələndirmək üçün Özbəkistanın iştirakı ilə “üçlü qaz ittifaqı” yaradılmasını müzakirə ediblər. Bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay bildirib.

pia.az


Etiket: Peskov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar