Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmetik məhsullar, yoxsa dəri xərçəngi yaradan vasitələr...

Kosmetik vasitələr deyəndə qadınlar üçün demək olar ki, axar sular durur. Əksəriyyətinin çantasından əskik olmayan bu məhsullar onlara əsasən gözəllik bəxş edir.

PİA.az APA-ya istinadən bildirir ki, harada satılmasına və istifadə tarixinə diqqət yetirmədikdə, bu məhsullar qaş düzəltmək yerinə göz çıxarda bilər:

Önəmli olan makiyajı az, ya da çox etmək deyil. Önəmli olan üzümüzə çəkdiyimiz bu məhsulların mənşəyi və onları haradan aldığımızdır.

Baxımlı olmaq üçün istifadə etdiyimiz kosmetik vasitələrə ən çox bazarlarda, metro keçidlərində rast gəlirik:

Bir manata dodaq boyası, iki manata göz qələmi. İlk baxışdan orijinalları ilə eyni qablaşdırmada olan bu məhsullara tələbat çoxdur. Çünki bazarlarda bu kosmetik vasitələr sudan ucuz qiymətə satılır.

- Bu pudra neçəyədir?

- 3 manata.

- Bu dodaq boyası?

- 1 manata.

- Orijinal məhsullardır bunlar?

- Bəli, bəli.

- Hansı firmalardır?

- "Pupa", "Loreal".

- Alıcılar çoxdurmu, xanımlar çoxmu müraciət edir?

- Var, müştərilərimiz də var.

Qiyməti ucuz olduğuna görə mənşəyi məlum olmayan bu kosmetik məhsulları istifadə etməyə davam edənlər də var.

Gözəlləşmək üçün aldıqları bu məhsulların qalıcı fəsadları ilə qarşılaşanlar da.

- Buradakı mağazadan lasyon aldım, üzümdə səpgilər yarandı. Hələ də üzümdə səpgilər var.

- Çox yerlərdən alırıq. Metrodan, 8 km bazarından aldım, üzümdə fəsadlar yaratdı. Səpgilər, göz altında qırışlar törədir. Testerlərdən də çox insanlar istifadə edirlər, bu da düzgün deyil.

Dermatokosmetoloq Svetlana Eyvazova deyir ki, saxta kosmetik məhsullardan istifadə etmək dəri xərçənginə də gətirib çıxara bilər: "Mənşəyi, tərkibi, istifadə müddəti məlum olmayan kosmetikalar qıcıqlanma, ləkə, səpgi kimi fəsadlar yarada bilər. Bu problemlər yay-yaz mövsümündə çox çətin müalicə olunur. Hətta onun bərpa prosesi daha da uzun olur. Ucuz kremlərin tərkibində nəinki faydası olmayan, hətta dəriyə zərər verən, intoksikasiya verən, dəri xərçəngi yaradan məhlullar var. Bu dəqiqə bazarda COVID 19-un yayıldığı bir dövrdə hərarət rejimi normal olmayan yerlərdə, hətta orijinal kosmetik vasitələrin belə tərkibi dəyişir. Ona görə də bu məhsulları apteklərdən və rəsmi distribüteri olan yerlərdən almaq məsləhətdir".

Yeri gəlmişkən, qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan kosmetik məhsullar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, bu məhsulların üzərinə saxta əmtəə nişanlı etiket və holoqramlar yapışdırılaraq satışa çıxarılıb.

Bazarlardan, metro keçidlərində su qiymətinə satılan bu kosmetik məhsulları almaq sağlamlığımızı təhdid etməkdir. Çünki mənşəyi bilinməyən bu məhsullar bizdə qaş düzəltmək yerinə, göz çıxarda bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar