Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - Açıqlama

Dünyada geniş yayılan və yoluxmaların artmasında birbaşa təsiri olan koronavirusun “Delta” ştammının mutasiyaya məruz qalması alimlərin həyəcan təbili çalmasına səbəb olub.

Mutasiyadan sonra ortaya çıxan “AY.4.2” adlı yeni variantın “Delta”dan belə daha təhlükəli olduğu qeyd edilir. Artıq yeni variant Birləşmiş Krallıqdan sonra ABŞ və İsraildə də aşkarlanıb. İsrailin Səhiyyə Nazirliyi ölkədə ilk dəfə Moldovadan gələn bir uşaqda görülən bu variantın hazırda altı nəfərdə olduğunu təsdiqləyib. İsrailli mütəxəssislər “AY.4.2”nin “Delta”dan 15 dəfə daha yoluxucu olduğu qənaətindədirlər.

Yeni variant barədə Trend-ə açıqlama verən infeksionist Nicat Əzimli də “AY.4.2”nin diqqətə alınmalı bir mutasiya olduğunu bildirib:

“Bu variantla bağlı hələ ki, məlum olan əsas xüsusiyyət yoluxuculuğunun “Delta” variantından daha yüksək olmasıdır. Bu da virusun replikasiya sürətinin artmasına, gizli dövrünün qısalmasına və klinik gedişatın sürətlə inkişafına dəlalət edir. Digər bir məqam daha aşağı yaş qruplarında da klinik ağırlaşmaların müşahidə olunmasıdır. Bunlar nəzərə alınaraq çox ciddi yanaşılmalı mutasiyadır”.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirusun (COVID-19) bu vaxta qədər bir çox variantı məlum olub. Bunlar “Alfa”, “Betta”, “Qamma”, “Mu”, “Delta”, “Eta” və digər ştammlardır. Hazırda bu ştammlar arasında ən geniş yayılanı və daha təhlükəlisi “Delta”dır. “Delta”nın mutasiyaya məruz qalması nəticəsində ortaya çıxan “AY.4.2” variantı isə hələ dünyada o qədər də geniş yayılmasa da təhlükəlilik baxımından “Delta”dan da ağır qiymətləndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar