Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün həkim tövsiyəsi

TASS-ın məlumatına görə, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanların immunitet sistemi zəiflədiyindən orqanizmləri yalnız yoluxucu və bakterial xəstəliklərə deyil, həm də xərçəngli şişlərin meydana gəlməsinə həssasdır.

“Orqanizmə həddindən artıq stresin qarşısını almaq üçün COVID-19-dan əziyyət çəkənlərə uzun uçuşlardan, saat qurşaqlarını dəyişməkdən və təzyiqdəki ani dəyişikliklərdən imtina etmələri tövsiyə olunur. Məsələn, Taylanda yollansanız sizi doqquz saat yol, sonra saat qurşağını dəyişməsi gözləyir. Bütün bunlar orqanizm üçün yük, stresdir”, - deyə immunoloq xəbərdarlıq edib.

Eyni zamanda, immunoloqa görə, çox şey xəstənin koronavirusdan nə qədər əziyyət çəkdiyindən, postkovid sindromunun olub-olmamasından və bir çox digər amillərdən asılıdır. Buna görə səyahət etməzdən əvvəl həkimlə məsləhətləşməyə dəyər.

“Əgər kiminsə təzyiqi varsa..., yaddaş pozulur və ya başqa bir şey varsa, o zaman heç yerə getməmək yaxşıdır. Ancaq regional, yerli sanatoriyaya yollanmaq, reabilitasiya kursundan keçmək tövsiyə olunur”, - deyə Jemçuqov əlavə edib.

Qeyd edək ki, statistikaya görə, 50 yaşdan yuxarı olan bütün xəstələrin yarısı koronovirusu keçirdikdən sonra fəsad riski ilə üzləşir. Koronavirusla yanaşı xəstəliklər olduqda isə bu göstərici artır. Buna görə yaxşılaşdıqdan sonra azı bir ay ərzində heç yerə getməmək tövsiyə olunur.

Bu, xüsusilə isti iqlimi və yüksək təzyiqi olan bölgələrə aiddir.(oxu.az)

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Qarabağ qazisi icra başçısı tərəfindən təhdid edilir - Foto

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Nazirliklərdəki kütləvi gəncləşdirmənin fəsadları... 

Ən çox oxunanalar