Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa qarşı Rusiya və Çin peyvəndləri niyə təhlükəli ola bilər...

Rusiya və Çinin geniş reklam etdikləri COVID-19 peyvəndlərinin potensial qüsuru var. “Reuters” agentliyi bəzi ekspertlərə istinadən yazır ki, bu pereparatlar çox sayda insanların yoluxduğu adi soyuqdəymə və ya zökəmi törədən virusların əsasında hazırlanır. Belə ki, adi soyuqdəyməni törədən virus da koronavirus ailəsinə daxildir.

Çində “CanSino Biologics” şirkətinin hərbi məqsədlər üçün hazırladığı 6185.HK peyvəndi 5-ci tip adenovirus və ya Ad5 virusunun əsasında işlənib. “The Wall Street Journal” qəzeti ötən həftə yazırdı ki, hazırda şirkət hələ genişmiqyaslı sınaqlar keçirilmədən onu bir neçə ölkədə istifadə üçün təsdiqlətmək istiqamətində danışıqlar aparır.

Moskvadakı Gamaleya İnstitutunun hazırladığı peyvənd isə aparılan sınaqların məhdudluğuna baxmayaraq avqustun əvvəllərində istifadə üçün təsdiqlənib. Prezident Putin “Sputnik V” adı verilən peyvəndin qeydiyyatdan keçməsini xüsusi təntənə ilə elan edib, üstəlik öz qızının da bu peyvəndi vurdurduğunu, heç bir fəsad baş vermədiyini bildirib. Bu vaksin də Ad5 və daha az yayılmış digər adenovirusun əsasında hazırlanıb.

Con Hopkins Universitetinin vaksin tədqiqatçısı Anna Darbin deyib ki, onu narahat edən çox sayda insanın artıq Ad5-ə qarşı immunitetə malik olmasıdır: "Mən onların strategiyalarının nədən ibarət olmasını bilmirəm. Ola bilsin ki, bu peyvəndlərin effektivliyi 70 faizdən çox olmayacaq. Bəlkə də 40 faiz effektivliyi olacaq. Əlbəttə, bu heçnədənsə daha yaxşı ola bilər. Amma bundan səmərəlisi də mümkündür”.

Dünya indiyədək planet boyunca 870 minə yaxın insanın həyatına son qoymuş bu koronavirusa qarşı güclü peyvəndlərin yaradılmasını bir xeyli vaxtdır ki, gözləyir. Rusiya institutu bildirir ki, onun hazırladığı peyvənd iki virusa əsaslandığından Ad5 immuniteti ilə bağlı problemləri çözəcək.

“Reuters” yazır ki, hər iki şirkət peyvənd hazırlanmasında uzun illərin təcrübəsinə malikdir və Ebola xəstəliyinə qarşı vaksin də Ad5 virusuna əsaslanır. Nə “CanSino”, nə də Gamaleya İnstitutu agentliyin sorğularına cavab verməyib.

Qeyd olunur ki, alimlər müxtəlif infeksiyalara qarşı peyvəndlərin hazırlanmasında onilliklərlə Ad5 virusuna əsaslanıblar, amma bu vaksinlərdən heç birindən geniş istifadə edilmir. Bu metod ziyansız viruslardan genlərin hədəf virusa, bu halda isə yeni növ koronavirusdan insan hüceyrələrinə daşınmasını və beləliklə də COVID-19 virusuna qarşı immunitetin yaradılmasına hesablanıb.

Lakin problem burasındadır ki, çox sayda insanlar Ad5 virusuna qarşı anticismlərə malikdir. Bu isə o deməkdir ki, insanın immun sistemi koronavirusu yox, Ad5 anticismlərini hədəfləyə bilər. Bu halda vaksinlər daha az effektiv olacaq.

Bəzi tədqiqatçılar alternativ adenoviruslarla və ya mexanizmlərlə işləyiblər. Oksford Universiteti və AstraZeneca şirkətinin AZN.L COVID-19 peyvəndi şimpanze adenovirusuna əsaslanır və beləliklə də Ad5 problemindən yan keçir. Johnson & Johnson şirkətinin JNJ.N vaksin namizədində nisbətən az yayılmış Ad26 virusundan istifadə olunub.

Kanadanın McMaster Universitetindən professor Zhou Xing 2011-ci ildə CanSino şirkəti ilə birlikdə vərəm xəstəliyinə qarşı Ad5 əsaslı peyvəndin hazırlanmasında iştirak edib. Onun komandası tənəffüs yolu ilə qəbul edilən Ad5 COVID-19 vaksini üzərində işləyir. Alim inanır ki, bu peyvənd əvvəlcədən mövcud olan immun problemlərindən yan keçə bilər. Bununla belə o hesab edir ki, Oksford Universitetinin namizəd peyvəndinin iynə ilə vurulan CanSino peyvəndindən üstünlükləri çoxdur. Doktor Xing həm də narahatdır ki, CanSino şirkətinin peyvəndindəki Ad5 vektorunun böyük dozaları yüksək hərarətə səbəb ola bilər.

Filadelfiyadakı “Wistar” Peyvənd Mərkəzinin direktoru, professor Hildegund Ertl düşünür ki, sözü gedən vaksin bu peyvəndə anticismləri olmayan insanlarda yaxşı nəticə verərdi. Amma təəssüf ki, çox sayda insan belə immunitetə malikdir. Çində və ABŞ-da əhalinin 40 faizi bundan əvvəlki Ad5-ə yoluxmalardan qalmış yüksək anticism konsentrasiyasına malikdir. Afrikada isə bu rəqəm hətta 80 faiz ola bilər.

Bəzi alimlər narahatdırlar ki, Ad5 əsaslı peyvəndlər insanların HIV virusuna yoluxma riskini yüksəldə bilər. 2004-cü ildə Merck & Co şikətinin Ad5 əsaslı MRK.N HIV peyvəndi üzərində təcrübələr bu preparatın artıq immuniteti olan insanların AIDS xəstəliyini törədən virusa qarşı həssaslığını azaltmaq əvəzinə daha da artırdığını göstərmişdi.

ABŞ-ın baş infeksionisti doktor Entoni Fauçi də daxil aparıcı alimlərin 2015-ci ildə yazdıqları məqalədə deyilirdi ki, yan fəsadlar yalnız HIV vaksinlərinə məxsus ola bilər. Buna baxmayaraq bu alimlər xəbərdarlıq edirdilər ki, Ad5 əsaslı bütün peyvəndlərin risk qrupunda olan insanlara tətbiqində HIV təhlükəsi nəzərə alınmalıdır.

Gamaleya İnstitutunun peyvəndi iki dozada vurulmalıdır. Bunlardan birincisi Ad26 əsaslı, ikincisi isə Ad5 əsaslıdır. İnstitutun direktoru Aleksandr Qintsburq iddia edir ki, ikivektorlu yanaşma immunitet problemlərini həll etmiş olacaq.

Lakin professor Ertl bildirir ki, bu peyvənd iki adenovirusdan birinə məruz qalmış fərdlərdə yaxşı səmərə verə bilər. Rusiyanın əsaslı sınaqlar keçirilmədən öz peyvəndi ilə oktyabr ayından yuxarı riskli əhalini də peyvənd edəcəyini elan etməsi bir çox ekspertlərin ciddi narahatlığına səbəb olub.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar