Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqres Çinə təzyiqi artırıb

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Pekin-Vaşinqton münasibətlərində gündəm mövzusu olaraq qalır. Nensi Pelosidən sonra başqa konqresmenlər də Tayvana səfər edib. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir. Konqresmenlər Tayvan administrasiyasının rəhbərliyi ilə görüşlər keçiriblər. Pekin bu səfərlərə Tayvan ətrafında hərbi təlimləri artırmaqla, hərbi gəmiləri və təyyarələri ada ətrafında keşik çəkməklə cavab verib. Vaşinqtondan da Pekinin ünvanına xəbərdarlıqlar göndərilib.

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Bob Menendes Çinin Tayvana mümkün müdaxiləsinin qarşısının alınması üçün təklif irəli sürüb: “ABŞ Tayvana yaxın 4 il ərzində 4.5 milyard dollar həcmində hərbi yardım etsin. Digər tərəfdən Tayvanı NATO xaricində ABŞ əsas müttəfiqlərindən biri elan etməsi zəruridir”. Bunun üçün ABŞ Konqresində qanun layihəsi hazırlanmalıdır.

Pekin Menendesin və onun tərəfdarlarının hazırlıqlarını ABŞ-ın Çinə qarşı növbəti təxribat kimi qiymətləndirib. Pekin hesab edir ki, Menendesin təklifi reallaşarsa bu ABŞ-la Çin arasında 1979-cu il razılaşmasına zidd olacaq. Həmin razılaşmaya görə, Vaşinqton Tayvanı Çinin tərkib hissəsi kimi tanıyıb. ABŞ-ın o zamankı prezidenti Cimmi Karter bu qərarı dəstəkləmişdi.

Buna baxmayaraq, Vaşinqton Tayvan adasının Çinə birləşdirilməsinin əleyhinədir. Menendesin təklifləri reallaşarsa, bu faktiki ABŞ-ın Tayvan adasının “müstəqilliyini” tanıması olacaq. Menendes ABŞ Konqresində erməni separatizminə dəstəyi ilə də tanınıb.

Menendesdən fərqli olaraq Ağ Ev sahibi Cozef Bayden Tayvan mövzusunda ehtiyatlıdır. Bayden sələflərinin “vahid Çin” konsepsiyasından imtina etmək istəmir. Halbuki, həm Respublikaçılar, həm də Demokratlar Partiyası ona təzyiqi artıraraq prezidenti “vahid Çin” konsepsiyasından imtina etməyə çağırırlar. Konqresmenlər Ukrayna ilə Tayvan arasında paralellər apararaq Vaşinqtonun Kiyevə verdiyi dəstək qədər Tayvana da dəstək verilməsinin tərəfdarıdırlar. Bu o deməkdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlaması qədər Çinin də Tayvan adasını ələ keçirməyə çalışacağına inanılır. Konqresin Çinə qarşı yeni qərarı Pekinin Tayvanı ələ keçirmək planını sürətləndirə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar