Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası: "Qarabağ" "Marsel"ə uduzaraq mübarizəni dayandırıb - Yenilənib

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

"Report" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Marsel"ini qəbul edib.

Qarşılaşma "köhlən atlar"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. 12-ci dəqiqədə qonaqların heyətində Pap Quye fərqlənib. Qoldan sonra Azərbaycan təmsilçisi təzyiqi artırıb.

34-cü dəqiqədə "Qarabağ"ın futbolçusu İbrahima Vadji topu əllə rəqib qapısından keçirib. Baş hakim Bartoş Frankovski ilk olaraq mərkəzi göstərib. Qonaqların futbolçuları və məşqçilər heyəti buna kəskin şəkildə etiraz ediblər. Yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra polşalı referi qolu ləğv edib və insidentə görə "Marsel"in qapıçısı Stiv Mandanda ilə "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçəyə sarı vərəqə göstərib. "Köhlən atlar" hissənin sonlarınadək bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.

İkinci yarıya da meydan sahibləri daha sürətli başlayan tərəf olub. 54-cü dəqiqədə Qurban Qurbanov Filip Ozobiçin yerinə ikinci hücumçunu - Ramil Şeydayevi meydana buraxıb. Buna baxmayaraq rəqib müdafiəçilər və qapıçı bir neçə epizodda fərqlənməyə icazə verməyib. 68-ci diqəqədə digər forvard Rüstəm Əhmədzadə Vadjini əzəvləyib. 70-ci dəqiqədə Ramil Şeydayev hesabı bərəbərlişdirməyə yaxın olub. Hücumçu Mandanda ilə təkbətək çıxsa da, qapıçı topu dəf edib. 74-cü dəqiqədə Kevin Medinanın uzaq məsafədən zərbəsi qapının üstündən keçib. İki dəqiqə sonra Şeydayevin başla zərbəsi də təhlükəli alınıb. Əvəzində 77-ci dəqiqədə Matteo Genduzi "Marsel"in ikinci qoluna imza atıb. Qoldan sonra Musa Qurbanlı Abdullah Zubiri, İsmayıl İbrahimli isə Qara Qarayevi əvəzləyib. 90+2-ci dəqiqədə Konrad de la Fuente görüşdə son nöqtəni qoyub.

Fransadakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzan "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

***

"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki. meydan sahiblərinin heyətində Matteo Genduzi 77-ci dəqiqədə fərqlənib.

***

"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "köhlən atlar" hazırda məğlub durumdadır - 0:1.

Yeganə qolu 12-ci dəqiqədə Pap Quye vurub.

***

"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "köhlən atlar" fasiləyə məğlub yollanıb - 0:1. Yeganə qolu 12-ci dəqiqədə Pap Quye vurub.

Fotolar

***

"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 12-ci dəqiqədə rəqibin heyətində Pap Quye hesabı açıb.

Qeyd edək ki, Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.

***

Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Marsel" oyununda insident yaşanıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb 34-cü dəqiqədə təmsilçimizin bərabərlik qolu olub.

Cinah ötürməsindən sonra İbrahima Vadji hesabı açıb. Baş hakim qolu qeydə alsa da, qonaqların yarımmüdafiəçisi Matteo Qenduzi buna narazılığını sərt şəkildə bildirib.

Əvvəlcə referiyə əl işarəsi göstərən Qenduzi onun mərkəzi göstərməsini görüncə, qolun müəllifi Vadjinin üzərinə şığıyıb. Araya digər futbolçuların da girməsi gərginliyi daha da artırıb.

Məsələyə müdaxilə edən baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb. Forvardın topu əllə vurmasını etiraf etməsindən sonra çalışdırıcı hakimdən qolun ləğvini istəyib.

***

"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşma saat 21:45-də start götürüb.

Görüşü polşalı Bartoş Frankovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.

***

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Marsel"in start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov 29. Marko Veşoviç, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

Baş məşqçi: Qurban Qurbanov

"Marsel": 30. Stiv Mandanda, 2. Vilyam Saliba, 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 14. Luan Peres, 15. Due Çaleta-Tsar, 21. Valenten Ronjye, 22. Pap Quye

Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 3. Alvaro Qonsales, 5. Leonardo Balyerdi, 7. Amin Arit, 8. Jerson, 9. Arkadiuş Milik, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 23. Sead Kolaşinats, 29. Pol Lirola

Baş məşqçi: Xorxe Sampaoli

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar