Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçəryan və Paşinyan arasında fərq... - Vədlər seçkidən sonra dəyişə bilər?

Belə görünür ki, Köçəryan indiki status-kvo ilə tamamilə razılışıb və qalib gələrsə, Zəngəzur dəhlizinə də, sərhədlərin demarkasiyasına da qarşı çıxmayacaq..

Politoloq: “Köçəryanla Paşinyan arasında fərq yetəri qədərdir”.

“Seçki öncəsi onların çıxışına nəzər yetirsək, görərəik ki, Köçəryan Rusiya ilə münasibətlərin daha da sıx olmasına, Paşinyan isə əksinə siyasət yürüdəcəyinə işarə edir”.

Bu sözləri politoloq Zaur Məmmədov Köçəryanla Paşinyan arasında fərqi PİA.az-a şərh edərkən qeyd edib.

Köçəryan və Paşinyanın seçki proqramları və verdikləri vədlər demək olar ki, strateji cəhətdən bir-birindən fərqlənmir. Hər ikisi bir-birini xəyanətdə ittiham edərək Rusiyaya yarınmağa çalışır . Lkin buna baxmayaraq Köçəryan da revanşist bəyanatlar verməkdən çəkinir. Bu təbii ki, Rusiyanı daha çox razı salmaq məqsədini daşıyır. Belə görünür ki, Köçəryan indiki status-kvo ilə tamamilə razılışıb və qalib gələrsə, Zəngəzur dəhlizinə də, sərhədlərin demarkasiyasına da qarşı çıxmayacaq.

Bəs Köçəryanın bu davranışları seçkidən sonra dəyişə bilərmi və Azərbaycanla siyasətin strateji yönlərində Paşinyanla onun arasında hər hansı fərq varmı?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov ilə müzakirə edin.

Zaur Məmmədov: “Əgər seçkilərdə Köçəryan qalib gələrsə, biz tamamilə başqa mənzərənin şahidi olacağıq”.

Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasına və eyni zamanda həm Türkiyə, həm də Azərbaycanla münasiblərin yenidən qurulmasına Paşinyanın müsbət baxdığını xatırladan politoloq PİA.az-a bildirib ki, Türkiyə ilə Azərbaycan arasında yeni dəhlizin açılmasını, diplomatik münasibətlərin qurulmasını Köçəryan qəbul etmir:

“Əslində Köçəryanla Paşinyan arasında fərq yetəri qədərdir. Seçki öncəsi onların çıxışına nəzər yetirsək görərik ki, Köçəryan Rusiya ilə münasibətlərin daha da sıx olmasına, Paşinyan isə əksinə siyasət yürüdəcəyinə işarə edir. Yəni əgər Paşinya üçün şərait yaradılacaqsa, o daha balanslı və çoxvektorlu xarici siyasət aparmağın tərəfdarıdır.

Türkiyə və Azərbaycan arasında yeni dəhlizin açılmasına və eyni zamanda həm Türkiyə, həm də Azərbaycanla münasiblərin yenidən qurulmasına, diplomatik əlaqələrin yaranmasına Paşinyan müsbət baxır. Amma Türkiyə ilə Azərbaycan arasında yeni dəhlizin açılmasını, diplomatik münasibətlərin qurulmasını Köçəryan qəbul etmir. Düşünürəm ki, Köçəryanın bu mövqeyi dəyişməyəcək. Əgər seçkilərdə Köçəryan qalib gələrsə, biz tamamilə başqa mənzərənin şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar