Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koçaryan: “Seçkilərdən sonra qarşıdurma istisna edilmir”

"Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qarşıdurmanın olacağı istisna edilmir".

“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyunun 20-də seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir: “Əlbəttə, bu, arzu edilən variant deyil. Ancaq onu da tamamilə inkar etmək olmaz”.

Koçaryanın fikrincə, bütün bunlar seçkilərin nəticəsindən asılı olacaq: “Əgər Mərkəzi Seçki Komissiyası yerlərdə öz işini dəqiq və qanun çərçivəsində görsə, elə ciddi ağır nəticələrin olacağına inanmıram”.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Mütəxəssislər hesab edir ki, Koçaryan bu açıqlaması ilə mövcud hökuməti hədələyib. O demək istəyir ki, başçılıq etdiyi blok bu siyasi kampaniyanın qalibi olmasa, iğtişaş törədəcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar