Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kleopatra haqqında yeni maraqlı faktlar üzə çıxıb

Alimlər Qədim Misirin ən məşhur kraliçası VII Kleopatra haqqında yeni maraqlı faktları üzə çıxarıblar.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, eramızdan əvvəl 69-30-cu illərdə hökmranlıq etmiş VII Kleopatra səkkiz dildə danışıb və öz sarayında ən təcrübəli təbib olub. Qədim mənbələrdə, habelə sonralar yazılan roman və lentə alınan filmlərdə imperator Yuli Sezar və sərkərdə Mark Antoni ilə məhəbbət macəraları ilə hakimiyyəti ələ keçirdiyi irəli sürülən kraliçanın, əslində, yüksək təhsilli və müdrik qadın olduğu bildirilir.

Kraliça Kleopatra İsgəndəriyyədəki məşhur kitabxanada Ellin təhsil sisteminin ən yaxşı müəllimlərindən dərs alıb. O, coğrafiya, tarix, astronomiya, fəlsəfə, beynəlxalq diplomatiya, təbabət elmlərinə yiyələnib, eyni zamanda, öz sülaləsində (Ptolemeylər) qədim Misir dilini bilən və heroqlifləri oxumağı bacaran yeganə hökmdar olub. Kleopatra, həmçinin fars, ivrit, yunan, medes, qədim Suriya, həbəş və ərəb dillərində də danışıb. Vaxtının çoxunu İsgəndəriyyə kitabxanasındakı laboratoriyada keçirən kraliça botanika və kosmetika sahələrində tədqiqatlar da aparıb. Təəssüf ki, onun yazdığı kitablar 391-ci ildə yanan İsgəndəriyyə kitabxanasında məhv olub. Məşhur yunan təbibi Klaudius Qalenus Kleopatranın kəşf etdiyi saçları bərpa edən kremin formulunu köçürüb.

Kleopatranın ölümündən sonra Misirin Roma imperiyası ilə siyasi əlaqələri kəsilib və ikinci Ellin dövlətinin varlığına son qoyulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar