Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: “Ukraynada Rusiyanın daha bir generalı öldürülüb”

Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.

Bu barədə BBC məlumat yayıb.

Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.

BBC-nin xəbərinə görə, o, Rusiyanın Ukraynada itirdiyi ən yüksəkrütbəli pilotdur: “Kanamat Botaşev təqaüdə çıxmazdan əvvəl aviasiya alayının komandiri olub. Belə yüksəkrütbəli zabitin hava döyüşlərində iştirakı həm Moskvanın hərbi pilotlar qarşısında nə qədər çətin vəzifələr qoymasından, həm də yüksək ixtisaslı mütəxəssislərin olmamasından xəbər verir”.

Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı. Bildirilmişdi ki, pilot katapult edə bilməyib.

Xatırladaq ki, fevralın 24-dən indiyədək Ukraynada Rusiyanın 205 hərbi təyyarəsi vurulub. Rusiya Müdafiə Nazirliyi bu rəqəmləri şərh etmir və martın sonundan bəri itkiləri haqqında məlumatı yeniləməyib.

Açıq mənbələrdən Ukraynada Rusiya ordusunun ən azı iki generalının öldürüldüyü məlumdur. Rusiya rəsmiləri general-mayorlar Andrey Suxovetski və Vladimir Frolovun ölümünü təsdiqləyib.

Ukrayna rəhbərliyi Rusiyanın daha yeddi generalının öldürüldüyünü bildirsə də, onlardan azı ikisinin - Maqomed Tuşayev və Andrey Mordviçevin sağ olduğu ortaya çıxıb. Onlar vaxtaşırı çəkilişlərdə görünür və Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyə davam edirlər.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar