Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”

Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” gündəlik nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Ukrayna artıq aylardır, Qərbdəki müttəfiqlərinə əlavə silah üçün çağırış edir. Tədarük baş tutur, lakin əvvəlcə bu, əsasən müdafiə silahlarından ibarət idi, indi isə Ukrayna Ordusu öz mövqelərini daim atəşə tutan Rusiya qoşunlarına qarşı durmaq üçün uzaqmənzilli artilleriyaya ehtiyac duyduqda haubitsa və reaktiv yaylım atəş sistemləri (RYAS) yetərsiz sayda və çox ləng gəlir. Üstəlik qoşunları daim döyüş sursatı ilə təmin etmək lazımdır. Bu səbəbdən Ukrayna həmçinin dünya bazarında silah almağa çalışır. Söhbət əsasən sovet, həm də qismən Ukrayna ordusunun ümumilikdə təchiz edildiyi Rusiya istehsalı olan silahlardan gedir. Bu məqamda alıcı tərəf olan Ukrayna döyüş meydanında üzləşdiyi rəqiblə – Rusiya ilə qarşılaşır. O da həmçinin tükənən silah-sursatı doldurmalıdır.

Danışıqlar prosesi ilə tanış olan ukraynalı deputatın sözlərinə görə, Ukraynaya işləyən çexiyalı və polşalı brokerlər bolqarıstanlı tədarükçü ilə zirehli maşın və artilleriya mərmilərinin satın alınması ilə bağlı az qala razılığa gəlirdilər ki, Ermənistandan olan bir qrup alıcı 1,5 dəfə daha çox pul təklif edərək müqaviləni qazanıb:

“Biz tamamilə əminik ki, bu silah Ermənistana getməyəcək, ancaq, yəqin ki, Rusiyaya göndəriləcək. Onlar bizim nəyi və harada axtardığımızı bilirlər”.

Dünya bazarında işləyən brokerlərin fikrincə, Rusiya təkcə qiymətləri qaldırmağa çalışmır, həm də sistemləri ilə silahlanmış ölkələri onlara texniki qulluq üzrə komponentlər və xidmətlər təqdim etməyi dayandırmaqla hədələyir. Silahların satın alınması prosesində iştirak edən digər ukraynalı deputat bildirib ki, bir sıra hallarda silah satıcıları ilə danışıqlar apararkən bəzən nəyin baş verdiyini anlaya bilmirsən:

“Bu, sabotajdır, başqa adı yoxdur”.

May ayında Vaşinqtonda keçirdiyi brifinqdə Böyük Britaniyanın müdafiə naziri Ben Vollis bildirib ki, birləşmiş krallıq və ABŞ 23 ölkədən Rusiya istehsalı olan atıcı silah və hərbi texnikanı alıb və Ukraynaya ötürmək üçün vəziyyəti öyrənirlər:

“Yardımımızın yarısı bundan ibarətdir: onu haradan tapa bilərik? Bəzən biz eyni ölkələrdə rusiyalılara rast gəlirik ki, onlar da öz ordusunu təchiz etmək üçün eyni növ silah axtarırlar, çünki onlar tez tükənir”.

“The Wall Street Journal” qeyd edib ki, bəzən ukraynalı alıcılar və onlara kömək edən ABŞ və Böyük Britaniya hökumətlərinin nümayəndələri müqavilələrin bağlanmasında gecikir və ya proses pozulub. Qəzetin ikinci həmsöhbəti olan deputat bunu onunla izah edir ki, Rusiya xüsusi xidmət orqanları bu işlərdə səmərəli fəaliyyət göstərib, Ukrayna və onun müttəfiqlərinin kəşfiyyat xidmətləri isə bunu etməyib.

Taqətdən düşmə üzrə müharibəyə çevrilən Donbasdakı qarşıdurmada silah hər iki tərəfə kifayət etmir. Bazar ertəsi Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak kəsirin miqyasını tviterdə açıqlayıb: “Açıq danışacağam: müharibəni bitirmək üçün bizə ağır silahlarda paritet lazımdır”.

Onun sözlərinə görə, bunun üçün 1 000 haubitsa, 300 RYAS, 500 tank, 2 000 zirehli texnika, 1 000 PUA lazımdır. Bu arada, Ukrayna hökumətinin və açıq mənbələr vasitəsilə itkilərin və silah təchizatının hesabatını aparan “Oryx” bloqunun məlumatına görə, Qərb ölkələri 250-yə yaxın haubitsa, 50 RYAS, 270 tank vəd edib və ya artıq çatdırıblar. Ukraynalılar həmçinin silah-sursat, o cümlədən artilleriya mərmiləri çatışmazlığı yaşayırlar.

Öz növbəsində, Rusiya Ordusu, Qərb kəşfiyyatının məlumatına görə, artıq ciddi şəkildə taqətdən düşüb. Ötən gün “Bloomberg” Avropa rəsmilərinə istinadən xəbər verib ki, bütün ölkə boyu Uzaq Şərqdəki anbarlardan köhnə tankların yenidən işə salınmasıdək döyüşçü və silah axtarışları gedir. “Oryx”in məlumatına görə, Rusiya 774 tank, 432 zirehli transportyor, 853 piyada döyüş maşını, 82 RYAS, 47 helikopter və s. daxil olmaqla məhv edilmiş, zədələnmiş, tərk edilmiş və ya qənimət götürülmüş 4 328 hərbi texnikanı itirib.

Eyni məlumatlara görə, Ukrayna 1 159 texnika, o cümlədən 194 tank, 88 zirehli transportyor, 135 piyada döyüş maşını, 19 RYAS, 11 helikopter və s. itirib.

Rusiya ABŞ-dan sonra ikinci ən böyük silah ixracatçısıdır. Bundan əlavə, “The Wall Street Journal” qeyd edib ki, Rusiya və sovet istehsalı olan silahlar tez-tez bir çox Qərb ölkələrində qeydiyyatdan keçən vasitəçi şirkətlər tərəfindən alver obyektinə çevrilir. Şirkət nümayəndələrinin fikrincə, əvvəllər Rusiya öz silahlarının onlar tərəfindən satışına etiraz etmir və hətta onları həvəsləndirirdi, çünki bu, məhsullarının yayılmasına yol açırdı. Üstəlik, Ukraynanın özü uzun illər sovet istehsalı olan hərbi texnika və komponentləri brokerlərə və başqa ölkələrə satırdı.

“Onlar (Rusiya – red.) heç vaxt heç bir səbəbə görə buna qarşı çıxmayıblar. İndi isə ruslar məsələyə qarışır və bəyan edirlər: “Dayanın görək, bu artıq bizim xoşumuza gəlmir”, - Ukrayna və Rusiyada fəaliyyət göstərmiş amerikalı hərbi məsləhətçi Ruben Conson bildirib.

Hazırda özəl sektorda işləyən sabiq hərbi məmur Rusiyanın brokerlərə Ukraynaya silah göndərməsinə əngəl olduğunu nəşrə təsdiqləyib:

“Biz bu tipli bəyanatlarla qarşılaşmağa başladıq: “Əgər Ukrayna üçün bunları almağa davam etsəniz, sizinlə bir də heç vaxt iş görməyəcəyik”. Biz sizə qarşı sanksiya tətbiq edəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar