Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

KİV: Qarabağdakı Rusiya sülhməramlının komandanı Rüstəm Muradov əvəzlənir

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq.

Qeyd edək ki, daha əvvəl "Hraparak" Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın R. Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı.

Lakin T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etmişdi.

Qanuna görə, kontingent komandanlarının 6 aydan bir dəyişməsi mümkündür, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla bilər.

pia.az 


Etiket: Sülhməramlı


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar