Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəramət Böyükçöl: “Qəpik”


Həyat yoldaşım evdə bir banka tutmuşdu, içinə qəpik yığırdı


Mən evə gələn kimi cibimə girir, iri pullara əl dəymir, ancaq qəpikləri götürürdü. Ona görə hər axşamlar kağız pullarımı xırdalayır, cibimi qəpiklə doldururdum. Özümü elə aparırdım, guya heç nədən xəbərim yoxdur: nə onun bankasından, nə də yığdığı qəpiklərdən! 

Mən gecələr yuxuya gedən kimi qəpik oğurluğuna çıxırdı. Gözlərimi azcana açıb ona tamaşa eləyirdim, barmaqlarının ucunda yeriyə-yeriyə cibimi bankasına yığır, qəpiklər şaqqıldayıb səs salmasın deyə bankasını da yavaşca yerinə qoyur, üstünü örtürdü. 

Elə vaxt olurdu pulum qurtarırdı, amma yoldaşım cibimə girəndə pərt olmasın deyə dostlarımdan borc qəpik alırdım. Hiss edirdim ki, o qəpiklər bizi xoşbəxt edir, bizi bir-birimizə daha möhkəm bağlayır. 

Görəsən, o qəpiklərin yerinə dollar olsaydı, aramızda bu qədər sevgi olacaqdımı? 

Hiss edirdim ki, onun bankası məni küçədə yıxılmağa qoymur. 

Bir gün evə gəldim, cibimin qarnı dizimə yapışmışdı. 

Alnımın qırışı açılmırdı. 

Bir də gördüm yoldaşım bankasını üzündəki təbəssümlə birlikdə gətirib qabağıma qoydu. 

Əl çalıb beləcə də dedi: 

- Suuupriz... 

Durub onun boynunu qucaqladım.

Kəramət BÖYÜKÇÖL
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"Əlimdə 100 manat qalmışdı, ona da xiyar aldım" - Kəramət Böyükçöl

Kəramət Böyükçöl: “Azərbaycanı özümə oxşadıram”

“Gənclərə göstərirlər ki, qəhrəmanınız Namiq Qaraçuxurludur, Pərviz Bülbülədir...”

Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?

“Liftdə söydüyüm” Ağabəy Əsgərova açıq məktub

Ən çox oxunanalar