Çərşənbə axşamı, 15 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kəramət Böyükçöl: “Azərbaycanı özümə oxşadıram”

"Orta məktəbdə paralel sinifdə oxuyan bir oğlan vardı, həmişə məni döyürdü. Ağzımı açan kimi qapazı qoyurdu təpəmə. Məni gözümçıxdıya salmışdı, onun qorxusundan məktəbə də gedə bilmirdim. Üstümə qışqıran kimi dilim ağzımda, qılçım altımda zağ-zağ əsirdi. Direktora şikayət edirdim, deyirdi ki, sən ağıllı oğlansan, ona baş qoşma. Müəllimə şikayət edirdim, deyirdi ki, sən ağıllı oğlansan, ona baş qoşma. Atama deyirdim, o da deyirdi ki, sən şair, müəllim, ziyalı oğlusan, küçə uşağına baş qoşma. Ürəyim partlayırdı. Bu gədə də bütün günü basıb məni döyürdü, direktor, müəllimlər, hətta atam, anam da deyirdi ki, günahın var ki, döyür, günahın olmasa döyməz. İndi Azərbaycanı özümə oxşadıram. Ermənilərin başımıza açmadığı oyun qalmayıb, hamı da deyir ki, onlara baş qoşmayın, onlar barbardır, vəhşidir, bizsə sivil, mədəni xalqıq, hər şey qanunla, hüquqla həll olunmalıdır”.

PİA.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl deyib.

“Qanun da onların sözün deyir, hüquq da. Necə ki, o vaxt məni döyən oğlan elə indinin özündə də qabağına çıxanı qapazlaya-qapazlaya yüz minlik maşınlarda, milyonluq villalarda kef çəkir. Mənsə hələ də ondan qorxuram...” – K.Böyükçöl qeyd edib.(Pravda.az)

pia.az

 




Digərxəbərlər

Digər yazıları

"Əlimdə 100 manat qalmışdı, ona da xiyar aldım" - Kəramət Böyükçöl

Kəramət Böyükçöl: “Azərbaycanı özümə oxşadıram”

“Gənclərə göstərirlər ki, qəhrəmanınız Namiq Qaraçuxurludur, Pərviz Bülbülədir...”

Görəsən, Azərbaycan ədəbiyyatının alın yazısını kim yazıb?

“Liftdə söydüyüm” Ağabəy Əsgərova açıq məktub

Ən çox oxunanalar