Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov tapşırıq verdi

Fövqəladə Hallar Nazirliyinin ətrafında yaranmış ajiotaj nisbətən səngisə də, bu qurumda baş verən hadisələrin necə nəticələnəcəyi böyük maraq doğurur. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin intim videoları ictimaiyyətin diqqəti bu quruma yönəldi. Zaur Mirzəyevin məhkəmə qərarı ilə həbsi ictimai qınağı nisbətən yumşaltsa da, FHN-nin başçısı Kəmaləddin Heydərov və yaxın ətrafı ilə bağlı tənqidlər davam edir. Yenisabah.az xatırladır ki, sözügedən video görüntülərinin yayılmasında sonra Zaur Mirzəyevlə əlaqədə olan Xidmət əməkdaşlarının hamısı vəzifədən uzaqlaşdırılıb. Bununla yanaşı həmin əməkdaşların fəaliyyətinə cavabdeh olan bir neçə vəzifəli şəxs barəsində də ölçü götürülüb.

Aldığımız məlumata görə Kəmaləddin Heydərovun göstərişi ilə bu həftənin əvvəlindən etibarən FHN-nin mərkəzi aparatında və nazirliyə tabe olan bütün strukturlarda yoxlamalar başlanılıb. Xüsusi komissiya təkcə biabırçı hadisənin baş verdiyi Dövlət Yanğından Mühafizə Xidmətində deyil FHN-nin tabeliyində olan bütün idarələrin fəaliyyətini ciddi təftiş edir.

Xəbərə görə, komissiya cəmi 4-5 gün ərzində təkcə Dövlət Yanğından Mühafizə Xidmətində deyil, nazirliyə tabe olan digər qurumlarda da pozuntular aşkarlanıb. Bu qanunsuzluqlara daha çox vəzifə təyinatlarında və rütbələrin paylanılmasında yol verilib.

Komissiya Dövlət Yanğından Mühafizə Xidmətində leytenant rütbəsi ilə fəaliyyətə başlayan şəxsin cəmi beş il ərzində mayor rütbəsinə qədər yüksəldiyini aşkarlayıb. Bununla paralel olaraq büdcə vəsaitlərinin xərclənməsi zamanı israfçılığa yol verilib, xərclər smetası bir neçə dəfə şişirdilib. Komissiyanın apardığı araşdırmanın ilkin nəticələri FHN başçısı Kəmaləddin Heydərovu həm məyus, həm də narahat edib. "Fözvqəlnazir"in tezliklə sərt qərarlar qəbul edəcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar