Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Keçmiş nazirə “Aztelekom”da vəzifə verilib

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb.

"Report”un əldə etdiyi məlumata görə, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, QobustanQəbələ rayonlarını əhatə edir.

Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən "Report"a xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər “Aztelekom”un 2 yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, QusarXaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən “Şimal-Şərq Regional Filialı" və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, TərtərAğdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən "Aran Regional Filialı”dır.

“Şimal-Şərq Regional Filialı"na müdir Nəriman Salmanov, "Aran Regional Filialı”a müdir isə Kərəm İbrahimov təyin olunub.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

ABŞ-ın Ərdoğanı devirmək planı - Bakı Türkiyənin yanında yer almalı

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür - kimlərin başı gedəcək?

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Ən çox oxunanalar