Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kazimirov portretə baxanda elə bil onu ildırım vurdu, qapqara qaraldı, nitqi tutuldu...

Hörmətli oxucu, son zamanlar Azərbaycan mətbuatında Vladimir Kazimirov yenidən siyasi arenada öz çirkin iddiaları ilə gündəmdədir. Hamımız bilirik ki, V.Kazimirov Azərbaycan dövlətini və biz türkləri sevmir. Ancaq başa düşə bilmirəm ki, Rusya dövlətinin başçısı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda Rusyanın bəzi tör-töküntü siyasətçiləri Azərbaycanın ərazi bütövlüyü əleyhinə niyə çıxışlar edirlər. O cümlədən də V.Kazimirov kimi siyasi dələduzlar.

V.Kazimirov ilə əlaqədar olan bir hadisəni Azərbaycan xalqına maraqlı ola biləcəyini nəzərə alaraq sizinlə bölüşürəm.

Günlərin bir günü Şuşa rayonunun sabiq icra hakimiyyətinin başçısı Nizami Bəhmənov mənə zəng edərək harada olduğumu soruşdu (hadisənin hansı ildə baş verdiyini xatırlamıram). Mən də Masallı rayonunda olduğumu dedim. O zamanlar mən Masallı rayon polis şöbəsinin rəisi vəzifəsində işləyirdim. Həmin gün mən Bakıya gələrək N.Bəhmənovla görüşdüm. N.Bəhmənov mənə dedi:

- Bu gün məni Prezident Aparatına, Cənab Heydər Əliyevin qəbuluna dəvət etmişdilər. Mən dəvət olunduğum otağa girərkən otaqda V.Kazimirov və bir neçə başqa şəxslər də var idi. Az müddətdən sonra mənə bəlli oldu ki, bu tədbir V.Kazimirovun Azərbaycanda diplomatik missiyasinin başa çatması ilə əlaqədardır. Bir neçə dəqiqədən sonra otağa Cənab Heydər Əliyev daxil oldu, etika xatirinə V.Kazimirov barəsində bir neçə xoş söz dedi. Az sonra o köməkçisinə tərəf baxdı və köməkçisinə “O portreti V.Kazimirova bağışlayın” dedi.

V.Kazimirov portreti aldı üzərindəki yumşaq parçanı götürməzdən əvvəl ona və bizə elə gəldi ki, H.Əliyev V.Kazimirovun xidmətlərinə hörmət əlaməti olaraq məşhur bir rəssamın çəkdiyi hər hansı bir sənət əsərini hədiyyə etdi.

N.Bəhmənov dedi:

- V.Kazimirov portretə baxanda elə bil onu ildırım vurdu. O qap-qara qaraldı bir kəlimə söz deyə bilmədi. Onun nitqi tutuldu. Mən V.Kazimirovun yanında oturduğum üçün həmin portretə baxa bildim. Portretdə V.Kazimirov əlində qədəh Zori Balayan, Silva Kapitulyan və səhv etmirəmsə Rusya dumasının üzvü Stravoytova ilə restoranda araq içirdilər. V.Kazimirov heç danışa bilmədi. Portreti götürüb otağı tərk etdi. V.Kazimirov gedəndən sonra Cənab H.Əliyev bizə dedi ki, “Qoy V.Kazimirov bilsin ki, Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində onun bütün çirkin əməlləri bizə bəlli olub”.

Nizami Sadıqov,
Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar