Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kartofun qiyməti 2 manat 50 qəpiyə qədər bahalaşacaq” - Eyyub Hüseynov

Azərbaycanda bir neçə aydır ki, kartof kəskin bahalaşıb və qiymətin enməsi də gözlənilmir...

Azad İstehlakçılar Birliyinin sədri: “Kartofun qiymətinin artması davam edəcək. Düşünürəm ki, 2 manat 50 qəpik, 3 manata qədər kartofun qiyməti qalxa bilər”.

“İcra Hakimiyyətlərinin təsiri altında torpaqların hökumətin istədiyi kimi pambığın və başqa malların əkilməsinə yönəldilməsi də kartofun qiymətinin qalxmasında rol oynayır”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə son aylarda kartofun qiymətinin qalxmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son aylar Azərbaycanda kartof kəskin bahalaşıb. Xaricdən gətirilən və keyfiyyəti şübhə doğuran kartof 1,2 manata, yerli kartof 2 manata qədər bahalaşıb. Kartofun bu qədər bahalaşmasının səbəbi nədir?

Kartofun bahalaşmasını PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Bunu yaradan səbəblər əhalinin, xüsusilə kasıb təbəqənin kartofa üstünlük verməsi və həmin ərzağa tələbatın artmasıdır”.

Keçən ildən ölkədə kartofun və soğanın qiymətinin qalxma tendensiyasının getdiyini və indi də davam etdiyini vurğulayan Eyyub Hüseynov PİA.az-a bildirib ki, bunu yaradan səbəblər əhalinin, xüsusilə kasıb təbəqənin kartofa üstünlük verməsi və həmin ərzağa tələbatın artmasıdır. Həmçinin Ukrayna-Rusiya müharibəsinin də kartofun bahalaşmasında rolu var:

“Kartofun qiyməti 2 manat 50 qəpiyə qədər bahalaşacaq. Biz bunu da bilməliyik ki, Azərbaycanda qalxan qiymətlər, bir daha enmir. Keçən ildən ölkədə kartofun və soğanın qiymətinin qalxma tendensiyası gedir və indi də davam edir. Bunu yaradan səbəblər əhalinin, xüsusilə kasıb təbəqənin kartofa üstünlük verməsi və həmin ərzağa tələbatın artmasıdır. Eləcə də, yaxın ölkələrdən kartofun gətirilməsində yaranan problemlərin, yəni Ukrayna-Rusiya müharibəsinin də kartofun bahalaşmasında rolu var.

Digər məsələ isə ümumiyyətlə, kartof əkinçiliyindən insanların get-gedə uzaqlaşmasıdır. Yəni icra hakimiyyətlərinin təsiri altında torpaqların hökumətin istədiyi kimi pambığın və başqa malların əkilməsinə yönəldilməsi də kartofun qiymətinin qalxmasında rol oynayır. Eyni zamanda su, toxum, dərman problemləri var. Bunların hamısının qiyməti surətlə qalxır. Xüsusilə dərmanların qiyməti qalxır.

Belə bir vəziyyətdə əlbəttə, kartofun qiymətinin artması gözləniləndir. Kartofun qiymətinin artması davam edəcək. Düşünürəm ki, 2 manat 50 qəpik, 3 manata qədər kartofun qiyməti qalxa bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar