Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karqo şirkətlərinin işini ləngidən daxili amillər

Karqo şirkətlərinin sayının get-gedə artması bu bazarda yüksək rəqabətliliyə səbəb olur. Bəs say artımı keyfiyyətə nə dərəcədə təsir göstərir.

Karqo şirkətlərinin təklif etdiyi xidmətlər hansı amillərdən asılı olaraq dəyişir?

Bu sahənin mütəxəssisi Ülkər Məmmədova “Report"a bildirib ki, karqo şirkətlərinin sayının gün-gündən artması heç də bu bazarda qazancın çox olması demək deyil.

Ü.Məmmədova hazırda karqo şirkətlərində problem olmadığını deyir:

“Adətən kütləvi endirimlər vaxtı, məsələn “Qara cümə”dən sonra müəyyən problemlər yaşanır. Həmçinin türk lirəsinin qiymətinin kəskin düşməsi də Türkiyədən olan sifarişlərin sayına təsir göstərdi. Nəticədə müəyyən problemlər yaşanmışdı”.

Logistika üzrə ekspert Ruslan İmanquliyev də pandemiya dövrünün karqo şirkətlərinin fəaliyyəti üçün meydan olduğunu hesab edir:

“Karqo şirkətlərinin sürətlə artımı bu sahənin qazanclı olmasından daha çox tələbatın yüksəkliyindən asılı olan məsələdir. Belə ki, pandemiya dövründə iri ticarət müəssisələrinin bağlı olması insanları onlayn ticarətə sövq etdi.

Pandemiyadan öncə bu sahədə bir neçə şirkət fəaliyyət göstərirdisə, indi onların sayı onlarladır. Bu şirkətlərin fəaliyyəti də qanunvericiliklə dəstəklənir. Lakin karqo şirkətlərinin fəaliyyəti ilə bağlı yol xəritəsinə baxdıqda müəyyən inkişafla bərabər, həm də müəyyən problemlər görünməkdədir. Problemlərin ən böyüyü daxildə çatdırılma ilə bağlıdır.

Belə ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərə çatdırılmada heç bir problem görünmür. Lakin digər regionlarda bu problemlər üzə çıxır. Bu zaman çıxış yolu kimi özəl qurumların dövlətlə birgə əməkdaşlığını təklif etmək olar.

Məsələn paytaxtdan hər hansı bir ucqar kəndə çatdırılma etməli olan şirkət “Azərpoçt”un xidmətlərindən yararlana bilər. Bu gün hər hansı bir şirkətin “Azərpoçt”la əməkdaşlıq etməsi üçün hüquqi bazaya ehtiyac var. Burada məsələ təkcə əmlakın logistikasından getmir. Bundan başqa, pulun, informasiyanın logistikası məsələləri də var. Bunlar da sadəcə özəl sektorun üzərində ola biləcək məsələlər deyil”.

R.İmanquliyev hesab edir ki, daxili logistikada olan problemlər daha çox işin sürətinə təsir göstərir. Belə ki, hələ də poçtalyonlar dəqiq ünvanları tapmaqda problem yaşayırlar: "Elə yaşayış məntəqələri var ki, orada evlərin üzərində ünvanlar həkk olunmayıb. Bu problemlər həll olunmasa, karqo şirkətlərindən çox şey gözləmək olmaz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar