Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kapitalizm üçün “normal hadisə”: Qiymət artımı kimin vicdanındadır? - Foto

“İnkişaf etmiş ölkələrdə inflyasiya müxtəlif dövrlərdə baş verib. Bu, kapitalizm üçün normal hadisə hesab olunur. Lakin faiz dərəcələri var. Bəzi faiz dərəcələri var ki, olduqca yüksək olur”.

Bunu ərzaq və gündəlik istifadə mallarının bahalaşması ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəribli deyib.

Xatırladaq ki, Azərbaycanda son iki ayda bütün malların qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Bahalaşma təkcə ərzaq məhsulları ilə məhdudlaşmır, qeyri-ərzaq məhsullarının qiymətlərində də oxşar tendensiya var. Hətta qardaş ölkə Türkiyədən gətirilən məhsulların da baha qiymətə satılması təəccüb doğurur.

Bəs görəsən, bahalaşmaya səbəb nədir?

İqtisadçının sözlərinə görə, bazar institutları formalaşmadığına görə bu hallar daha da çoxalıb:

“İnflyasiya xarici və daxili amillərlə əlaqədar ola bilər. Dünyada baş verən inflyasiyanın bir neçə səbəbi var. Səbəbin biri pandemiya dövründə əksər ölkələrdə, elə ABŞ-ın özündə trilyonlarla, trilyardlarla pul emissiya olundu. Dövriyyədə pul kütləsi artdı. Pulun miqdarı çoxdursa, onun dəyəri də düşəcək. Pul dəyərdən düşməyə başladı. İnflyasiya baş verdi. O dövrdə əlavə maaşlar da artırıldı. Bütün dünyada eyni proses baş verdi”.

E.Qəribli qeyd edib ki, nəqliyyat və logistik problemlərin yaranması məhsulun vaxtında çatdırılmaması və qiymətlərin artımına gətirib çıxardı:

“Məhdudiyyətlər yaranan dövrdə bəzi istehsal sahələri dayandırıldı. Məhsullar azaldı və tələb çoxaldı. Bu isə qiymət artımına səbəb oldu. İnkişaf etmiş ölkələrdən olan ABŞ-da adətən üç faiz, ən kəskin halda beş faizə qədər inflyasiya olarsa, artıq mövcud səkkiz faiz inflyasiyanın nə qədər artdığını aşkar göstərir. Biz dünya iqtisadiyyatının bir parçasıyıqsa, bundan qaçmaq mümkün deyil. Başqa bir məsələ də var - bəzi hallarda bundan sui-istifadələr olur”.

Ekspert bildirib ki, bəzən sahibkarlar sui-istifadə edib, qiymətləri artırırlar:

“Dövlətin müdaxiləsinə ehtiyac var. Elə məhsullar var ki, qiymətinin artması 80 faiz idxal inflyasiyası ilə əlaqədardır. Sahibkarlar sui-istifadə də edə bilərlər. Digər bir səbəbi bazar institutlarının formalaşmamasıdır. Qiymət artımından istifadə edərək, sahibkarlar öz pis niyyətlərini həyata keçirirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

Rusiyada məktəbdə atışmada ölənlərin sayı 15-ə çatıb - Yenilənib, Video

Türkiyəyə ekstradisiya edilən kürd terrorçuları Ermənistanda nə edirdilər?

Ən çox oxunanalar