Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kapitalist demokratiya can verir - “Yeni faşizm” yüksəlişdədir...

Yeni faşizm kütlələrin dəstəyini irqçi, milliyətçi, seçiçi düşməni olan şüarlarla mədəni səviyyəyə qaldırır. Kapitalist demokratiya artıq can verir...

Ergin YILDIZOĞLU
“Cumhuriyet” qəzeti, Türkiyə, 5 sentyabr 2019-cu il

Kapitalist demokrat partiyalar “yeni faşist” cərəyanların və partiyaların yüksəlişinə mane olmaq istəyirlər. Bu məsələ ilə bağlı son günlərdə Almaniya, İtaliya və İngiltərədə aktivlik gözə dəyirr. Lakin bu cəhdlər nə qədər effektiv görünsə də, daha sonra yeni faşist partiyaların yüksəlişini sürətləndirə bilər.

“Yeni faşizm” yüksəlişdədir

Almaniyada yeni faşizm dalğası olan AfD (Almaniya üçün Alternativ) partiyası güclənir. AfD keçən həftə Saksoniya və Brandenburq seçkilərində ikinci partiya səviyyəsinə yüksəldi. Bunun əvəzində, digər partiyalar da səs itirməyə başladı.

İtaliyada Avropa Parlamenti seçkilərində birinci partiya kimi yüksələn yeni faşist Lİqa Partiyası təkbaşına hakimiyyətə gəlmək istədiyi üçün 5 Ulduz Hərəkatı ilə yaratdığı koalisiyanı ləğv edib.

İngiltərədə Boris Consonun Mühafizəkar Partiyasının lideri və Baş nazir seçilməsindən sonra radikal sağçı, hətta yeni faşist adına uyğun olan bir komanda hökümət rəhbərliyini ələ keçirib. Bu yeni faşizmin məqsədi odur ki, bir razılaşma olmadan Avropa Birliyindən çıxsın, İngiltərəni işçi hüquqlarından, ətraf mühiti qorumaqla bağlı olan qanunlarından ayıraraq rifah dövlətini birdəfəlik ləğv etsin və İngiltərəni Sinqapura bənzər bir quruluşa çevirsin. Üstəlik, indidən parlamenti 5 həftəlik kənarlaşdırmaq barədə danışır və ona qarşı çıxanları xəyanətdə ittiham etməkdən də çəkinmir.

Müqavimət cəhdləri

Almaniyada və İtaliyadakı partiyalar öz aralarında koalisiyalar yaradaraq AfD və Liqa partiyasını hökümətdən kənarda tutmağa və ölkədəki təsirinin qarşısını almağa çalışırlar.

Çərşənbə axşamı İngiltərədə İşçi Partiyası, Liberal Partiya, Şotlandiya Milli Partiyası, Yaşıllar Partiyası və Mühafizəkarlar Partiyasından olan 21 nəfərlə birgə “razılaşmasız BREXİT”in qarşısını almaq məqsədilə qanun layihəsi hazırlayıb və bunu çərşənbə günü məclisə təqdim etmək hüququ qazanıb. Həmin vaxtda Mühafizəkarlar Partiyasının bir nümayəndəsi Liberal Partiyasına keçdiyi üçün Boris Consonun höküməti məclisdəki üstünlüyünü itirib.

Müxalifət koalisiyası AB-dən müqaviləsiz çıxmağın qarşısını alan təklifi çərşənbə günü qanun kimi qəbul edə bilsə, Boris Conson və yeni faşist komandası ya seçkilərə gedəcək, ya da qanunu yox saymalı olacaq. Müxalifət isə müqaviləsiz BREXİT-ə mane olub, sonra seçkilərə getmək istəyir.

Digər partiyaların bu cəhdləri ilk anda çox uğurlu görünsə də, təhlükəli ehtimalları da gündəmə gətirir. Birincisi, yeni faşizmi yatırmaq əvəzinə, təcrid etmək iqtisadi şərtlərin ağırlaşdığı və ictimai qütbləşmənin kəskinləşdiyi bir dönəmdə kapitalist demokratiyanı qeyri-sabit koalisiyalarla idarə etməyə gətirib çıxarır. İkincisi, bu davranış AfD-ni və italyanların Liqa Partiyasını öz ölkələrindəki digər partiyalar qarşısında əsas müxalif partiyaya çevirir.

İngiltərədəki partiyaların ortaqlığı ilk başda bir uğur kimi görünsə də, əslində, Mühafizəkarlar Partiyasını ələ keçirən yeni faşist komandası ənənəvi mühafizəkarları kənarlaşdıraraq sürətlə öz partiyasını təkmilləşdirir. Üstəlik, müxalifətin parlamentdə qazandığı bu uğur sayəsində komanda seçkilərdə parlamenti xalq düşməni elan edərək onu “opportunist”, “qorxaq” və “xain” adlandıraraq ölkədəki qütbləşməni dərinləşdirə və müxalifət qarşısında BREXİT-lə bağlı səsləri birləşdirib bir zəfər qazana bilər.

Digər partiyaların yeni faşizmin qarşısını alması daha da çətinləşəcək. Birincisi, məhv olmağa davam edən iqtisadi şərtlərdə yeni faşizmə bel bağlayan qisimləri geri qazanmaq üçün sərmayə gücləndirilə bilər. İngiltərədə də “Financial Times”in İşçi Partiyasının iqtisadi proqramına qarşı olan tənqidləri daha da güclənib. İkincisi, yeni faşizm kütlələrin dəstəyini irqçi, milliyətçi, seçiçi düşməni olan şüarlarla mədəni səviyyəyə qaldırır. Digər partiyaların isə liberal demokratiyaya xas olan sərmayənin yeni faşizmə getməsini əngəlləyə biləcək bir alternativi yoxdur. Kapitalist demokratiya artıq can verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ən çox oxunanalar