Şənbə, 25 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kamran Əsədov: "Belə təhqir yazan və qarğış edən müəllim ola bilməz"

"Dövlət qulluqçuları hər 5 ildən bir yenidən imtahana girirlər. Və bu imtahan da ödənişlidir. 97 manat. Onu da öz ciblərindən ödəyirlər. 4 il tamam olduqdan sonra 5-ci ildən başlayırlar imtahan verməyə ki, birdən kəsilsələr, növbəti imtahanı verə bilsinlər. 5 ilin tamamında sertifikasiyadan keçə bilməyənlər dövlət qulluğundan azad edilir. İndi təsəvvür edin ki, müəllimlərə desinlər ki, 100 manat ödəyib imtahana girin. Görək neçə müəllim razılaşacaq? Pulsuz olanda girmirlər, pullu olsa heç girən olmaz. Amma qınadıqları dövlət qulluqçusu o pulu verib imtahana sakitcə girir. Səsi də çıxmır yazığın. Sertifikasiya olunan dövlət qulluqçusu da yüksək vəzifə sahibləri olanlar deyil ha. Məsləhətçi, aparıcı məsləhətçi və s vəzifələrdə olanlardır".

PİA.az-ın xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

K.Əsədov qeyd edib ki, dövlət qulluğu imtahanı da heç kimin ixtisası üzrə imtahan deyil: "Nə orta məktəbdə keçib, nə də universitetdə keçib o imtahan verəcəkləri sualları. Azı 16 qanunvericilik aktlarını nöqtə-vergülünə qədər oxumalıdırlar. Bir çox qanunvericilik aktları isə ümumiyyətlə fəaliyyətləri dövründə işlətmirlər, görmürlər. Əmək haqları da çox deyil ha, 500-600 manat. Səhər saat 9 dan 18-00 ə qədər işləyirlər rəsmi, amma qeyri rəsmi 8-9 bəzən 10-da çıxırlar işdən. Amma müəllimlər orta məktəbdə oxuduqları, universitetdə ali təhsil aldıqları və fəaliyyətləri dövründə azı 5 il dedikləri ixtisas fənnindən imtahan verirlər özü də pulsuz... Demirəm ki, dövlət qulluğunda olanlar mələkdir. Sadəcə olaraq, şərhlərdə təhqir, qarğışlar gördüm... Belə təhqir yazan və qarğış edən müəllim ola bilməz!"(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Tahir İmanov: "250 minlik “Bentley”, yoxsa 8 manata gilas?" - Video

"Bunları yeyib kişilər arvad, arvadlar da kişi olur" - Əməkdar artist

Qazilərin müavinətləri artırılmalıdır - Deputat

"İlin sonunadək şəhid ailəsi və müharibə əlillərinə daha 1000 mənzil və ya fərdi ev veriləcək"

Hindistanlı turistin itdiyi dağdan görüntülər: Ərazi ayılarla doludur - Video

Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - Video

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi dəyişib

Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - Video

Avropaya ixracın artması qazı bahalaşdıracaq? - Açıqlama

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – Video

Ən çox oxunanalar