Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Ordu qohumbazlığı yaxşılığa aparmayacaq...

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kadırov Liman şəhərində Rusiya qoşunlarının açıq hədəfə çevrilmə təhlükəsi ilə bağlı Baş Qərargah rəisi Valeri Gerasimova məlumat verdiyini açıqlayıb.
Ətraflı

“İki həftə əvvəl "Axmat" Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, mənim əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin hərbi sərkərdə istedadına şübhə etmir və Krasnıy Limanda və onun ətrafında geri çəkilməyin mümkün olduğunu hesab etmir. Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralıda olan Starobelskə köçürür, özü də Luqanskda oturur. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi logistikanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və ərazinin böyük bir hissəsini tərk etmişik.

Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib ayıbını qanla yumaq üçün cəbhəyə göndərərdim. Ordu qohumbazlığı yaxşılığa aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur”, - deyə Kadırov qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar