Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində "Paralel" adlı tədbir-sərgi keçirildi - Fotolar

Azərbaycan Respublikasının Dövlət Arxivi və Azərbaycan İstiqlal muzeyinin birgə təşkilatçılığı ilə "28 may-Müstəqillik günü" nə həsr olunmuş "Paralel" adlı tədbir-sərgi keçirildi.

Tədbirdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bayramov çıxış edərək tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan, müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdəki rolundan bəhs etdi. Tədbirdə çıxış edən Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Cavad bəy Məlik-Yeqanovun nəvəsi Tamilla Kəngərlinskaya, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Qərib Məhəmmədkərimoğlu (Yüzbaşı) Kərimovun nəvəsi Təranə Musayeva ömürlərini Vətənə fəda edən babalarının həyat və fəaliyyətindən , onlarla bağlı xatirələrindən söz açdılar. Cümhuriyyət qurucularının həyatının dərindən öyrənilməsininin vacibliyini qeyd etdilər.

Sonda tədbir iştirakçıları 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdırmaq məqsədi ilə lentə alınan "Son iclas" adlı sənədli-bədii filmi izlədilər.

Sərgidə Azərbaycan İstiqlal muzeyinin fondlarında qorunub saxlanılan, Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 20 fotoşəkil nümayiş olundu.
Tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv idarəsi və Azərbaycan İstiqlal muzeyinin əməkdaşları iştirak etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar