Türkiyəyə qeyri-qanuni şəkildə daxil olan mühacirlərin sayı gündən-günə artır...
PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Polis İdarəsi qrupları noyabrın 21-dən dekabrın 4-dək qeyri-qanuni mühacirlərlə bağlı əyalətdə aparılan araşdırmalar zamanı müxtəlif millətlərdən olan 3200 nəfəri saxlayıb.
Qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra Çıxış Mərkəzinə göndərilib.
pia.az